• Yaşıl reyhanlı çörək resepti

Reseptin məlumatları Baxış sayı: 17 568

Tarix : 2-06-2014, 13:40

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
1 paket yaş maya
1 çay stəkanı maye yağ
1 su stəkanı ilıq su
1 çay stəkanı qatıq
1 şirin qaşığı toz şəkər
Qəbul etdiyi qədər un
1 çay qaşığı duz

İçlik üçün:
1 dəstə təzə yaşıl reyhan
1 xörək qaşığı quru yaşıl reyhan
2 ədəd qırmızı bibər

Hazırlanması:
Bibəri ilıq suda gözlədin. 1 paket yaş mayanı ilıq suyun içərisində əridin. Toz şəkər, maye yağ , qatıq, duz əlavə edib qarışdırın. Reyhanları yuyub doğrayın, sonra qarışığa əlavə edin. Qırmızı bibərləri də incə doğrayıb qarışığa əlavə edin. Yavaş- yavaş un əlavə edərək yumşaq bir xəmir əldə edin.
Xəmiri mayalanması üçün 30 dəqiqə üzəri bağlı olaraq gözlədin. Soba qabını maye yağ ilə yağlayın və xəmiri qəlibə yayın. Xəmiri qəlibin içində də 30 dəqiqə saxlayın.
170 dərəcə sobada 30 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, stəkanı, qaşığı, yaşıl, reyhan, qarışığa, Xəmiri, şəkər, paket, qatıq, gözlədin, bağlı, üzəri, yumşaq, yavaş, edərək, olaraq, xəmir, mayalanması
BİZİ İZLƏYİN