Tərkibi:1 kq soyutma kartof
280 q un
1 ədəd yumurta
Kərə yağı
Duz
Hazırlanması:Kartof sürtkəcdən keçirilir, yumurta və un əlavə edib, çox bərk olmayan xəmir yoğrulur.
Xəmiri 7-8 balaca kündələrə bölürük.
Kündələrə 1.5 sm qalınlığında kolbasa forması veririk.
Sonra 2 sm. uzunluğunda kəsirik.
Üzərindən çəngəllə zolaqlar çəkirik.
Qaynar duzlu suda 2-3 dəqiqə bişirilir. Sonra qaba çəkilib üzərinə yağ gəzdirilib yeyilir.
Nuş olsun!
Etiketlər: yumurta, Sonra, çəngəllə, zolaqlar, çəkirik, Üzərindən, uzunluğunda, veririk, Qaynar, kəsirik, duzlu, gəzdirilib, yeyilir, olsun, üzərinə, çəkilib, dəqiqə, bişirilir, forması, kolbasa