• Gül mantı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 968

Tarix : 27-05-2015, 20:00

Bölmə : Duzlu xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q un
130 q soyuq su
1,5 x.q. duz
1 kq sümüksüz qoyun əti
100 q quyruq
3 baş soğan
3 yerkökü
3 pomidor
1 ç.q. qara istiot
1 ç.q. zirə
2 x.q. bitki yağı

Hazırlanması:
Əti, quyruq və tərəvəzi xırda kubik doğrayın.
Duz, istiot, döyülmüş zirə əlavə edib yoğurun, soyuducuda 20 dəqiqə saxlayın.
Un, su, duzdan bərk xəmir yoğurun. 2 yerə bölüb üzərinə qida plyonkası çəkin, 15 dəqiqə saxlayın.
Nazik yayın. Enli şəridlərə doğrayın. Şəridlərə bitki yağı çəkin. Hər şəridin üstünə iç yayın.
İkiyə qatlayıb kənarlarını (ağzını yox) bitişdirin.
Kənardan başlayaraq rulet kimi bükün, qıraqlarını yapışdırın.
Gül formasında mantı alınacaq. Hər mantının aşağısını bitki yağına batırın ki, bişən zaman yapışmasın, çıxarmaq asan olsun.
Mantı qazanında 40-45 dəqiqə bişirin.

Gül mantı resepti - FOTO RESEPT

Gül mantı resepti - FOTO RESEPT

Gül mantı resepti - FOTO RESEPT

Gül mantı resepti - FOTO RESEPT

Gül mantı resepti - FOTO RESEPT

Gül mantı resepti - FOTO RESEPT

Gül mantı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, bitki, çəkin, doğrayın, yoğurun, saxlayın, istiot, yayın, olsun, quyruq, bitişdirin, formasında, ağzını, kənarlarını, yapışdırın, qıraqlarını, rulet, Kənardan, bükün, başlayaraq
BİZİ İZLƏYİN