• Sodalı poaça resepti

Reseptin məlumatları Baxış sayı: 12222

Tarix : 6.07.2015, 14:00

Bölmə : Duzlu xəmir işləri, Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
1 paket yaş maya,
1 su stəkanı ilıq süd,
1 su stəkanı duru yağ,
1 şüşə mineral su,
2 yemək qaşığı şəkər tozu,
1 şirniyyar qaşığı duz,
Aldığı qədər un,

İçi üçün:
Pendir, yaxud da nə arzu edərsiniz,

Üzəri üçün:
1 yumurta sarısı,
Çörək otu,

Hazırlanması:
İlıq südün içinə 2 yemək qaşığı şəkər əlavə edin.
Ardından yaş mayanı da əlavə edib südün içində əzin.
Duru yağ, mineral suyu(ilıq halda) və duzu da qatın.
Ala bildiyi qədər unu əlavə edib ələ yapışmayan bir xəmir yoğurun.
Qabın ağzını örtüb ilıq bir yerdə 15 dəqiqə dincə qoyun.
Xəmirdən qoz böyüklüyündə kündə ayırıb iç xərcini onun içinə qoyub dəzgahda yuvarlayın.
Yağlı kağız sərilmiş siniyə düzün.
Bütün xəmiri belə hazırlayıb siniyə düzün.
Sininin üzərini böyük bir torba ilə örtüb 50 dəqiqəyə yaxın mayalanması üçün gözləyin.
Belə mayalanan zaman daha yumşaq və ləzzətli olur.
Xəmir dincəldikdən sonra yumurta sarısını sürtüb küncütü üzərinə səpib bəzəyin.
180 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər bişirin .
Sodalı poaça artıq hazır.
Qeyd:ərzaqlar bütövlükdə ilıq olmalıdır. Yoxsa poaça bərk ola bilər.

Nuş olsun!

Etiketlər: qaşığı, qədər, əlavə, içinə, yumurta, südün, siniyə, düzün, stəkanı, örtüb, mineral, yemək, şəkər, poaça, yumşaq, zaman, sarısını, mayalanan, sonra, dincəldikdən
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN