Tərkibi:1 qəlib ağ pendir
1 çay stəkanı duru yağ
1 çay stəkanı süd və su
5 xörək qaşığı toz şəkər
1 çay qaşığı duz
1 paket yaş maya
3 ədəd yumurta
Yarım paket kərə yağı
Ala bildiyi qədər un
Üzərinə:Yumurta sarısı
Galeta unu
Hazırlanması:Pendir xaricindəki bütün vəsaiti qarışdırıb xəmir edin. Ağ pendirin yarısını rəndələyib, xəmirə yedirin. Təxminən 50 qramlıq parçalar qopararaq, kiçik kündələr əldə edin. Qalan pendiri çəngəllə əzərək, kündələrin ortasına qoyun və yumrulayaraq şəkil verin. Kündələri yumurta sarısına və iri döyülmüş galeta ununa bulayarak mayalanmağa qoyun. 170 dərəcə sobada təxminən 20- 25 dəqiqə bişirin.
Nuş olsun!
Etiketlər: paket, qoyun, qaşığı, yumurta, stəkanı, kiçik, ortasına, yumrulayaraq, şəkil, verin, kündələrin, pendiri, kündələr, Kündələri, çəngəllə, Qalan, galeta, təxminən, sobada