Tərkibi:5 ədəd ev yuxası,
1 quru soğan,
1 kasa pendir,
Qızartmaq üçün:duru yağ,
Hazırlanması:Ev yuxalarını soyuq suyun altında tutub hər tərəfini isladıb təmiz bezin üzərinə düzün.
Soğanı incə-incə doğrayıb pendirə qarışdırın.
Tavaya duru yağ töküb qızdırın.
Yuxaları tavaya sərin və içinə hazırladığınız içdən qoyun.
Üzərinə bir yuxa sərib alt hissəsini qızardın.
Servis tabağının yardımı ilə çevirib o biri tərəfini qızardın.
Üstə yenidən iç xərcindən səpin və üzərinə bir yuxa yenidən örtün.
Altı qızarınca yenidən təkrar çevirin və bir yuxa daha sərib qızardın.
Yuxalar bitənə qədər davam edin.
Sonra servis tabağına alın , doğrayıb servis edin.
Nuş olsun!
Etiketlər: qızardın, yenidən, tərəfini, üzərinə, doğrayıb, sərib, servis, xərcindən, çevirib, Servis, qoyun, Üzərinə, hissəsini, tabağının, yardımı, örtün, davam, qədər, Sonra, tabağına