• İçli pişi resepti

Reseptin məlumatları Baxış sayı: 18 324

Tarix : 12-12-2015, 13:00

Bölmə : Duzlu xəmir işləri / Börəklər / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
Xəmir üçün:

8 su stəkanı un ,
2 paket qabartma tozu,
2 yumurta,
3 su stəkanı qatıq,
2 şirniyyat qaşığı duz,

Qızartmak üçün:
duru yağ,

İçi üçün:
300q lor pendiri,
3 yemək qaşığı çörək otu ,
1 dəstə cəfəri,
12 dənə pomidor,

Hazırlanması:
Xəmir üçün bütün ərzaqları bir qaba alıb qarışdırın.
Əldə edilən xəmiri yarım saat dincə qoyun.
Sonra xəmiri 4 hissəyə bölün.
Pomidorları halqa şəklində dilimləyin.
Lor pendiri, çörək otu və doğranmış cəfərini qarışdırıb iç xərcini hazırlayın.
Kündələri oxlav ilə açın.
Dilimlənmiş olan pomidorları xəmirin üzərinə yerləşdirin. Pomidorların üzərinə lor qarışığından qoyun.
Açılan ikinci xəmirlə iç malzemesi yerləşmiş olan xəmirin üzərini örtün.
Eynı işləri diğər 2 xəmirə də tətbiq edin.
Stəkanın köməyi ilə kəsib qızğın yağda qızardın.

Nuş olsun!
Etiketlər: pendiri, qaşığı, çörək, qoyun, xəmiri, xəmirin, üzərinə, stəkanı, Xəmir, Açılan, xəmirlə, qarışığından, ikinci, Pomidorların, malzemesi, Dilimlənmiş, oxlav, yerləşdirin, Kündələri, pomidorları
BİZİ İZLƏYİN