• Qaşıq tökməsi resepti

Reseptin məlumatları Baxış sayı: 16 490

Tarix : 27-12-2015, 13:00

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
1 su stəkanı qatıq,
2 ədət yumurta,
1 çay stəkanından bir barmaq qədər az duru yağ,
1 paket qabartma tozu,
1 şirniyyat qaşığı duz,
1,5 – 2 su stəkanı un,

Hazırlanması:
Qatıq, yumurta və duru yağı çırpın.
Üzərinə qabartma tozu, duz və un tökərək qarışdırmaya davam edin.
İlk olaraq 1,5 su stəkanı un qatın.
Gərəkirsə bir az daha un qata bilərsiniz.
Qatı bir xəmir əldə edəcəksiniz.
Xəmir hazır olduqdan sonra yapışmaz bir tavanın içini çox az yağlayın.
Xəmirdən bir qaşıq qoyaraq hər iki üzünü də bişirin.
Orta atəşdə bişirə bilərsiniz.
Çox atəşdə bişirsəniz xəmirin içi bişməyə bilər.
Bütün xəmiri bu şəkildə bişirdikdən sonra servis edin.
İstəsəniz duru yağ miqdarını yarım çay stəkanı da istifadə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkanı, bilərsiniz, yumurta, qabartma, sonra, atəşdə, qoyaraq, bişirin, qaşıq, üzünü, yağlayın, tavanın, içini, bişirə, yapışmaz, Xəmirdən, bişməyə, İstəsəniz, servis, miqdarını
BİZİ İZLƏYİN