• İspanaqlı pendirli qutab resepti

Reseptin məlumatları Baxış sayı: 21 675

Tarix : 8-06-2014, 11:36

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 su stəkanı un
1 paket toz maya
1 çay qaşığı duz
Ala bildiyi qədər qədər ilıq süd

İçi üçün:
1/2 kq ispanaq
1 ədəd iri quru soğan
1 ədəd qırmızı bibər
1 kasa pendir
Duz, qara istiot, qırmızı istiot
Zeytun yağı


Üzərinə sürtmək üçün:

Kərə yağı

Hazırlanması:
Dərin bir qab içərisinə unu qoyub qalan vəsaitləri sırasıyla əlavə edib ələ yapışmayan yumşaq xəmir edib üzərini nəmli bez ilə örtüb 30 dəq gözlədin.
İspanaqları incə-incə doğrayıb böyük bir kasaya qoyun.
Soğanı və bibəri kiçik-kiçik doğrayıb zeytun yağında qovurub ədviyyatlarını əlavə edib ocaqdan götürüb soyutmadan isti-isti doğranmış ispanaqlara pendirlə birlikdə əlavə edib qarışdırın.

Gözlədilən xəmirdən yumurta böyüklüyündə tikələr qoparıb yüngül unlu yerdə ovlov iləservisqabı böyüklüyündə açın.
Hazırladığınız ispanaqlı içdən açdığınız xəmirin yarısına qoyub boş qisimini üzərinə bağlayıb kənarlarına sıxıb kənarlarındakı artıq xəmiri kəsin.
Hazırladığını gözləməni isidilmiş və altı yapışmayan tavada arxalı-önlü bişirib hər iki tərəfini kərə yağı ilə yağlayıb isti olaraq servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, qoyub, istiot, doğrayıb, böyüklüyündə, kiçik, qırmızı, yapışmayan, qədər, ovlov, yerdə, servis, iləservisqabı, ispanaqlı, içdən, olaraq, Hazırladığınız, yüngül, Gözlədilən
BİZİ İZLƏYİN