• Simit resepti

Reseptin məlumatları Baxış sayı: 15 280

Tarix : 4-03-2016, 22:00

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
1 kq un
10 qram yaş maya
15 qram duz
2,5 stəkan su

Üzəri üçün:
1/2 stəkan bəkməz
1/2 stəkan su
Küncüt dənələri

Hazırlanması:
Hazırlamaq üçün mayanı suda həll edin. Köpüklənənə qədər təqribən 10 dəqiqə gözlədin.

Un və duzu qarışdırın.

Duzlu unun ortasını hovuz şəklində açın. Buraya mayalı suyu əlavə edin və 20 dəqiqə yoğurun.

Yoğurduğunuz simit xəmirini acımağa qoyun. Təqribən 1 saat sonra xəmir acıyır. Bundan sonra acımış xəmirdən məhsul hazırlanır.

Su və bəkməz qarışdırılır.

Bişməmiş simitlər bu sosa batırılır və 2-3 dəqiqə dincəldilir.

Bəkməzlənən yarımfabrikatlar dincəldildikdən sonra küncüt dənələrinə batırılır.

Duxovka 220 dərəcəyə isidilir. Hazırlanan küncütlü simitlər isti duxovkada bişirilir. Bişmə müddəti təqribən 7-8 dəqiqədir.

Qeyd: Yaş maya yerinə qur umaya da istifadə etmək olar.

Nuş olsun!
Etiketlər: sonra, stəkan, dəqiqə, təqribən, batırılır, bəkməz, simitlər, simit, Bəkməzlənən, dincəldilir, dincəldildikdən, küncüt, yarımfabrikatlar, Bişməmiş, xəmirdən, məhsul, hazırlanır, qarışdırılır, dənələrinə
BİZİ İZLƏYİN