• Nazik blinçik (xəmiri) resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 29 894

Tarix : 3-10-2015, 13:00

Bölmə : Duzlu xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : Yox

Tərkibi:
2 ədəd yumurta
700 qr qatıq
2 stəkan su
1,5 x/q şəkər tozu
2 ç/q soda
1,5-2 ç/q sirkə
4 stəkan un
1 ç/q duz

Hazırlanması:
1. Məhsullar hazırlanır.
2. 3 litrlik qazana 2 ədəd yumurta əlavə edilib çalınır.
3. Duz və şəkər tozu əlavə edilir.
4. Yaxşı qarışdırılandan sonra üzərinə qatıq əlavə edilir və yenidən qarışdırılır.
5. Alınan məhlula ilk öncə soda, üzərinə isə sirkə əlavə edilib yaxşı qarışdırılır.
6. Un ələkdən keçirilib qazana əlavə edilir. Unu ələkdən keçirməkdə məqsəd blinçiklərin daha köp alınmasıdır.
7. Un tədricən əlavə edilərək məhlul qarışdırılır. Nəticədə alınan məhlul qabarıqsız olmalıdır.
8. Şəkildə görsəndiyi kimi, un tam itənə qədər qarışdırılır.
9. Beləliklə blinçik xəmiri hazırdır. Qızardılmasına lazım olan əşyalar hazırlanır: tava, çömçə, yağ və tavanın dibini hər yeni porsiyada yağlamaq üçün marlya (və ya mətbəx fırçası)
10. Tava yağlanandan sonra, çömçə vasitəsi ilə tavaya maye xəmir əlavə edilir, tavanı hər tərəfə əyməklə xəmir dairəvi yayılır. Hər yeni porsiyada qazandakı maye xəmiri qarışdırmağı unutmayın.
11. Blinçikin qıraqları qızardıqda artıq onu çevirmək olar.
12. Qızılı rəng alana qədər digər tərəfi qızardılır.
13. Hazır blinçikləri isti-isti bal ilə süfrəyə vermək olar.

Nazik blinçik (xəmiri) resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, qarışdırılır, edilir, sonra, edilib, qazana, ələkdən, xəmir, xəmiri, çömçə, qədər, porsiyada, məhlul, hazırlanır, üzərinə, şəkər, stəkan, yumurta, sirkə, qatıq
BİZİ İZLƏYİN