• Ramazan pidesi resepti

Reseptin məlumatları Baxış sayı: 20 609

Tarix : 29-02-2016, 19:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Xəmir üçün:

5 stəkan un
300 ml ilıq su
100 ml ilıq süd
1 x/q əridilmiş kərə yağı
3 x/q zeytun yağı
1 x/q şəkər
1 ç/q duz
2 x/q quru maya

Üstü üçün:
küncüt
çörəkotu
1 ədəd yumurta sarısı
qatıq

Hazırlanması:
1. Una quru maya əlavə edilib əlnən qarışdırılır.

2. Yerdə qalan ərzaqlar da qatılıb xəmir yoğrulur.Xəmir yumuşaq olmalıdır.

3. Xəmirin acıması üçün üstünü qalın dəsmalla bağlayıb isti yerdə 2 saat saxlamaq lazımdır.

4. 2 saatdan sonra xəmir götürülür, 2 bərabər hissəyə bölünür. Xəmirdən yumru pide düzəldilir və bicaqla üzərinə kəsiklər qoyulur (bəzək üçün) .

5. Balaca bir qabda üzəri üçün olan yumurta sarısı və qatığ qarışdırılır və pidenin üstünə qaşıqla və yaxud firçayla çəkilir.

6. Üzərinə zövqə görə küncüt, çörəkotu vurulur.

7. Bişməyə qoymamışdam öncə sobanı 225 dərəcə qızdırırıq və sobaya dəmir qabda (sınmayan şüşü qabda) qaynar su qoyuruq. Bu pidenin buxarda bişməsi üçündü.

8. Tavanın içinə un vurub pideni qoyuruq. Üstü qızarana kimi bişirilir.

Nuş olsun!
Etiketlər: ərzaqlar, qabda, yumurta, çörəkotu, sarısı, qoyuruq, pidenin, xəmir, küncüt, qarışdırılır, lazım, Xəmir, qaşıqla, üstünə, bişirilir, yaxud, firçayla, çəkilir, zövqə, qatığ
BİZİ İZLƏYİN