• Yoğurmadan çörək resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 874

Tarix : 27-02-2016, 23:00

Bölmə : Duzlu xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5+3/4 fincan tam buğda unu (bir fincan 150 qram un tutur)
1 xörək qaşığı duz
1/4 fincan kətan toxumu unu (vacib deyil- bunun yerinə tam buğda unundan istifadə etmək olar)
2 çay qaşığı quru maya (rusca сухие дрожжи)
3+1/2 fincan ilıq su

Həmçinin lazımdır:
1 böyük emallı və ya emalsız çuqun qazan, mütləq qapaqlı.

Hazırlanması:
Xəmirin hazırlanması: Böyük qaba tam buğda unu, duz və istifadə olunacaqsa kətan toxumu unu tökülür. Quru maya iləq suda 5 dəqiqə isladılır, yaxud köpüklənənədək saxlanılır. Sonra unun üzərinə əlavə olunur. Xəmir içindəki ərzaqlar tam qarışanadək taxta qaşııqla qarışdırılır. Hazır xəmir yapışqan olmalıdır. Əgər həddən artıq yapışqan olarsa un əlavə olunmalıdır. Unu çox qatmaq olmaz. Xəmir hazır olandan sonra qabın üzəri salafanla yaxud məcməyi ilə örtülməlidir. 1 saat yarım xəmir qabarana və üzərində qabarcıqlar əmələ gələnədək saxlanmalıdır.
Xəmirin kündələnməsi: Xəmir kündələnəcək yerə un səpilir (tam buğda unu, ağ un, ya da qarğıdalı unu ola bilər), Əl yaxud taxta qaşıqla götürülüb xəmir kündələnəcək yerə qoyulur. Xəmir kitab kimi 2 dəfə qatlanır – istiqamətin fərqi yoxdur. Bükülü hissə xəmirin altına və ya kənarında olmaq şərtilə xəmirin üzəri təmiz iri ləyənlə örtülür. Yarım saat ərzində xəmir qabaranadək gözlənilir.
Qazanın hazırlanması: Bu vaxt, yəni xəmir özünə gələnəcən, emallı və ya emalsız çuğun qazan qapağı örtülü şəkildə 240C (470F) dərəcədə qızdırılmış sobaya qoyulur və yarım saat qızdırılır.
Çörəyin bişirilməsi: Xəmir bişirilməyə hazır olanda qazan sobadan ehmalca çıxarılır və xəmir qazanın içinə endərilir. Sonra qazanın qapağı örtülüb sobaya qoyulur. Qapaq açılmadan yarım saat bişirilir. Yarım saat sonra qapaq götürülür və daha 10 dəqiqə yaxud çörəyin üzəri qızılı rəng alanadək bişirilir. Bişmiş çörək qazandan çıxarılır və soyutma telinin üstünə endərilir. Kəsməzdən öncə çörək tam soyumalıdır – əks halda içi xəmir kimi yapışqan olacaq.
YOĞURMADAN AĞ ÇÖRƏK
Ağ çörək hazırlamaq üçün tam buğda unu əvəzinə 6 fincan ağ undan yuxarıdakı qayda ilə istifadə edə bilərsiz.

Yoğurmadan çörək resepti - FOTO RESEPT

Yoğurmadan çörək resepti - FOTO RESEPT

Yoğurmadan çörək resepti - FOTO RESEPT

Yoğurmadan çörək resepti - FOTO RESEPT

Yoğurmadan çörək resepti - FOTO RESEPT

Yoğurmadan çörək resepti - FOTO RESEPT

Yoğurmadan çörək resepti - FOTO RESEPT

Yoğurmadan çörək resepti - FOTO RESEPT

Yoğurmadan çörək resepti - FOTO RESEPT

Yoğurmadan çörək resepti - FOTO RESEPT

Yoğurmadan çörək resepti - FOTO RESEPT

Yoğurmadan çörək resepti - FOTO RESEPT

Yoğurmadan çörək resepti - FOTO RESEPT

Yoğurmadan çörək resepti - FOTO RESEPT

Yoğurmadan çörək resepti - FOTO RESEPT

Yoğurmadan çörək resepti - FOTO RESEPT

Yoğurmadan çörək resepti - FOTO RESEPT

Yoğurmadan çörək resepti - FOTO RESEPT

Yoğurmadan çörək resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: çörək, buğda, xəmir, unundan, xəmiri, Xəmir, sonra, fincan, dəqiqə, çörəyin, əlavə, istifadə, yaxud, qarışdırılır, Sonra, deyil, xəmirin, yapışqan, qazan, hazırlamaq
BİZİ İZLƏYİN