• Şor pendirli qoğal resepti

Reseptin məlumatları Baxış sayı: 26 309

Tarix : 15-06-2014, 00:01

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 su stəkanı un
1 su stəkanı qatıq
1 su stəkanı zeytun yağı
1 çay qaşığı duz
Bir yarım paket qabartma tozu
2 ədəd yumurta
Çörəkotu

İçi üçün:
250 qram şor pendiri
Yarım dəstə şüyüd
4-5 dal yaşıl nanə
1 çay qaşığı qırmızı istiot
Ağ istiot

Hazırlanması:
Şor pendiri, ağ istiot, qırmızı istiot, doğranmış şüyüd və nanəni qarışdırın. Digər tərəfdən qabartma tozu və unu bir qaba ələyib ortasını açın. Yumurtalardan birinin sarısını üzərinə sürtmək üçün kənara qoyun. 1 yumurta və 1 yumurta ağını unun ortasına qırın. Zeytunyağı, qatıq və duzu əlavə edib yoğurun. Orta yumşaqlığında bir xəmir əldə edin. Xəmirdən naringi böyüklüyündə parçalar qopardın. Xəmiri ovucunuzun içində dairə şəklində açıb şor pendiri qarışığını içinə yayın. Yarım dairə olacaq şəkildə bağlayıb kənarlarını bükün. Qoğalları yağlanmış soba nimçəsinə aralı-aralı düzün. Üzərlərinə yumurta sarısı sürtüb çörekotu səpin. Əvvəldən isidilmiş170 dərəcə sobada üzərləri qızarana qədər bişirin.

Nuş olsun!

Etiketlər: qopardın, yumurta, istiot, pendiri, stəkanı, dairə, qırmızı, aralı, Yarım, şüyüd, qabartma, qaşığı, qatıq, bağlayıb, şəkildə, bükün, yağlanmış, Qoğalları, olacaq, kənarlarını, içinə
BİZİ İZLƏYİN