• Duzsuz bişirilən ev çörəyi resepti

Reseptin məlumatları Baxış sayı: 14 682

Tarix : 29-03-2016, 17:00

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
700 qram un,
200 qram süd,
250 qram su,
1 şirniyyat qaşığı şəkər,
1 paket yaş maya,
2-3 şorba qaşığı zeytun yağı,

Hazırlanması:
Əvvəlcə unu ələyin.
Bütün ərzaqları geniş bir kasaya yığın.
Həmin ərzaqları geniş bir kasada 5 dəqiqə qədər yoğurun və ələ yapışmayan bir xəmir əldə edin.
Başqa bir qabın içərisini zeytun yağı ilə yağlayın və xəmiri onun içərisinə qoyun.
Xəmirin üzərini dəsmal ilə örtün.
Xəmirin iki qatı olana qədər gözləyin .
Ən azı xəmiri 35 dəqiqə qədər gözlədin.
Daha sonra dəzgaha bir qaşıq un səpin.
Qabaran xəmiri yenidən bir dəfə də yoğurun.
İçi yağlanmış baton keks qəlibinə qoyun, normal temperaturda yenidən qabarana qədər gözləyin (30 dəqiqə).
Qabaran xəmirin üzərini biçaq ilə azca kəsin.
Əvvəlcədən 200 dərəcə qızdırılmış fırında 20-25 dəqiqə üzəri nar kimi qızarana qədər bişirin.

Nuş olsun!
Etiketlər: qədər, dəqiqə, xəmiri, yoğurun, yenidən, Qabaran, ərzaqları, gözləyin, qaşığı, zeytun, Xəmirin, geniş, qoyun, üzərini, yağlanmış, qaşıq, sonra, dəzgaha, gözlədin, səpin
BİZİ İZLƏYİN