• Ay çörəyi resepti

Reseptin məlumatları Baxış sayı: 15 800

Tarix : 22-06-2016, 16:00

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
3 stəkan un
100 qr. marqarin
1 qəhvə fincanı süd
1 ədəd yumurta ağı
bir miqdar yaş maya
1 stəkan döyülmüş fındıq
1/ 2 stəkan şəkər tozu
1 dilim bayat çörək içi
1 yemək qaşığı quru üzüm
1 çay qaşığı darçın

Hazırlanması:
3 su stəkanı un , 100 qr marqarin , 1 qəhvə fincanı süd və 1 ədəd yumurta ağını bir kasada çalın.
Bir çimdik yaş mayanı ilıq suda əridib digər qarışıqların içinə əlavə edin. Yoğuraraq xəmir edin.
Üzərini nəmli bir dəsmalla örtün. 1 saat köpməsi üçün saxlayın.
Ayrı bir qabda 1 su stəkanı döyülmüş fındıq, yarım su stəkanı toz şəkər , 1 dilim bayat çörək içi , 1 xörək qaşığı quru üzüm , 1 çay qaşığı darçın qoyun .
Xəmirdən limon böyüklüyündə parçalar qoparın. Oxlovl ilə açın. Ortasına hazırladığınız qarışıqları qoyun.
Rulet formasında qaltlayıb, yarım ay şəklində bükün.
Üzərinə əzilmiş qoz-fındıq səpin. Əvvəldən isidilmiş 180 dərəcəli sobada üzəri qızarana qədər bişirib süfrəyə verin.

Nuş olsun!
Etiketlər: qaşığı, fındıq, stəkan, stəkanı, dilim, şəkər, darçın, yarım, bayat, çörək, marqarin, döyülmüş, qəhvə, fincanı, qoyun, yumurta, formasında, Rulet, qaltlayıb, qarışıqları
BİZİ İZLƏYİN