• Zeytun və dərəotlu çörək resepti

Reseptin məlumatları Baxış sayı: 13 569

Tarix : 24-06-2016, 18:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
yarım stəkan ilıq süd
yarım xörək qaşığı şəkər tozu
kibrit qutusu böyüklüyündə yaş maya
1 ədəd yumurta
1 stəkan duru yağ
yarım dəstə şüyüd
kifayət edəcək qədər un
duz

İçi üçün:
zeytun əzməsi Üstü üçün:
1 ədəd yumurta sarısı

Hazırlanması:
İlıq süd və şəkəri bir qabda qarışdırın. Mayanı əlavə edin.
Təxminən 10 dəqiqə gözlədin. Üzərinə 1 ədəd yumurtanı əlavə edin və qarışdırın.
Sonra 1 stəkan bitki yağı , incə doğranmış yarım dəstə dərəotunu , ala bildiyi qədər un və duzu əlavə edin.
Çox yumşaq bir xəmir əldə edənə qədər yoğurun. Üzərinə nəmli bir dəsmal örtün , təxminən bir saat mayalanmasını gözləyin.
Xəmirdən qoz iriliğində parçalar qoparın. Əlinizdə yumrulayıp açın.
Ortasına 1 çay qaşığı zeytun əzməsi qoyun. Ağzını büzün , bağlayın.
Üzərində çevirərək yağlanmış nimçəyə düzün.
Üzərinə Bir fırça köməyiylə yumurtanın sarısını sürün .
Əvvəldən isidilmiş 180 dərəcəli sobada bişirin.

Nuş olsun!
Etiketlər: yarım, qədər, stəkan, Üzərinə, əlavə, yumurta, dəstə, əzməsi, zeytun, qaşığı, qarışdırın, qoyun, Ağzını, büzün, bağlayın, Əlinizdə, Xəmirdən, gözləyin, mayalanmasını, iriliğində
BİZİ İZLƏYİN