• Brioş resepti

Reseptin məlumatları Baxış sayı: 15 367

Tarix : 6-08-2014, 21:45

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
İlıq su - 1/3 su stk.
Quru maya - 20 qr
Un - 525 qr
Duz - 2 ç/q
Yumurta – 3 ədəd
Şəkər tozu - 1/4 su stk.
Kərəyağı - 340 qr (12 bərabər parçaya bölünmüş)

*Üstünə sürmək üçün bir şorba qaşığı su ilə qarışdırılmış 1 ədəd yumurta

Hazırlanması:
Su, süd və mayanı böyük bir qabda mikserlə qarışdırıb, 10 dəqiqə gözlədin. Unu və duzu əlavə edib, aşağı sürətdə 2-3 dəqiqə boyunca taxta qaşıqla (xəmir yoğurma uclu mikser də olar) yoğurun. Sonra tək-tək yumurtaları əlavə edib, yoğurma əməliyyatına davam edin. Ardından şəkəri də üstünə əlavə edin. Orta sürətdə 3-4 dəqiqə daha yoğurduqdan sonra sürəti ən aşağı hala gətirib kərəyağı parçalarını tək-tək əlavə etməyə başlayın. Bir sonrakı parçanı bir əvvəlki parça xəmirə tamamilə yedirildikdən sonra əlavə edin. Sürəti orta-yüksək olaraq nizamlayıb 10 dəqiqə boyunca yoğurmağa davam edin. Xəmir artıq qabın kənarlarına yapışmamağa başlayarsa demək xəmir hazırdı artıq. Xəmiri təmiz bir qaba köçürüb, üzərini təmiz bir mətbəx dəsmalıyla bağlayın və otaq istiliyində 2 qatına çıxana qədər gözləyin (təxminən 1 saat). Bu bir saatın sonunda xəmirə təpədən əlinizi yumruq edib basdırın və havasını alın. Ardından üzəri bağlı bir halda soyuducuna qoyun və hər 30 dəqiqədə bir çıxarıb eyni əməliyyatı təkrarlayın (cəmi 2 saat boyunca 4 dəfə təkrarlanacaq).
Bu müddət sonunda xəmirin qabarması dayanacaq. Üzəri bağlı bir halda sabahısı günə qədər soyuducunda saxlayın. Ertəsi gün 2 ədəd 22*12 sm böyüklüyündə soba qablarını yağlayıb unlayın. Xəmiri iki bərabər parçaya kəsin və ardından o parçaları bərabər 4 parçaya bölün və yumru bir top halına gətirib, qəliblərə yerləşdirin. Qəliblərin üzərinə təmiz bir mətbəx dəsmalı sərib, 2 saat boyunca otaq istiliyində qabarmalarını gözləyin.
Bu vaxt sobanızı 200 Cdə əvvəldən isitməyə başlayın. 2 saatın sonunda 1 şorba qaşığı su ilə birgə çırpılmış yumurtanı fırçanın köməyiylə xəmirlərin başına çəkin. Yumurtanı çəkərkən basmamağa çalışın; xəmir çox yumşaq olduğu üçün basıldığı zaman toplar çökə bilər. 30-35 dəqiqə boyunca sobanın orta qatında bişirdikdən sonra qəlibləri sobadan götürüb otaq istiliyinə gəlmələrini gözləyin. Vaxt tamam olanda qəliblərdən çıxarıb, servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, boyunca, gözləyin, təmiz, sonra, sonunda, xəmir, parçaya, bərabər, davam, bağlı, qədər, Ardından, yoğurma, mətbəx, xəmirə, artıq, başlayın, Xəmiri
BİZİ İZLƏYİN