• Pendirli çöplər resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 217

Tarix : 2-09-2016, 16:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 q bərk pendir
1,5 st. un
80 q yağ
4 x.q. süd
duz (zövqə görə)
1 balaca limonun sedrası
qara çörəkotu, küncüt (zövqə görə)

Hazırlanması:
Pendirlə kərə yağını sürtgəcin xırda gözündən keçirin. Yaxşıca qarışdırın. Qara çörəkotu ilə küncüt də əlavə edə bilərsiniz.
Duz, süd, sedra qatıb bir də qarışdırın.
Sonra unu əlavə edib elastik xəmir yoğurun.

Xəmiri 0,5 sm qalınlıqda yayın. Şəridlərə doğrayıb onları əlinizlə yayaraq borucuq halına salın.

Perqament kağızının üzərinə düzüb 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə, qızılı rəng alanadək bişirin.

Soyuduqdan sonra yeyin. Pendirin dadı məhz soyuduqdan sonra bilinir.

Hazır pendir çöplərini xırt-xırt olsun deyə ağzıbağlı kağız qutuda saxlamaq lazımdır.

Pendirli çöplər resepti - FOTO RESEPT

Pendirli çöplər resepti - FOTO RESEPT

Pendirli çöplər resepti - FOTO RESEPT

Pendirli çöplər resepti - FOTO RESEPT

Pendirli çöplər resepti - FOTO RESEPT

Pendirli çöplər resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: küncüt, olsun, əlavə, sonra, çörəkotu, qarışdırın, zövqə, pendir, sobada, qızdırılmış, dəqiqə, qızılı, alanadək, dərəcə, düzüb, salın, Perqament, kağızının, üzərinə, bişirin
BİZİ İZLƏYİN