• Qırmızı çörək resepti

Reseptin məlumatları Baxış sayı: 11 657

Tarix : 19-11-2016, 22:00

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1.5 st. çuğundur püresi
3/4 st. su
20 q yaş maya
4-4.5 st. un
2 x.q. duz
2 x.q. zeytun yağı
1/4 st. qoz

Hazırlanması:
Çiy çuğunduru təmizləyib sürtgəcin xırda gözündən keçirin, sonra isə blenderdə püre halına gələnədək xırdalayın.

Mayanı ilıq suda əridin, çuğundura qatın, zeytun yağı, duz, xırdalanmış qoz və az-az un qataraq xəmir yoğurun.

Xəmir bərk olmamalıdır. Formanı bitki yağı ilə yağlayın. Xəmiri içinə tökün. Üzərinə dəsmal örtüb 1 saat isti yerdə saxlayın.

Sobanı 200 dərəcə qızdırın. Xəmir təxminən iki dəfə qalxanda sobaya qoyub 45-50 dəqiqə bişirin. Bişib-bişmədiyini taxta çöplə yoxlayın.

Xəmiri formadan çıxarıb şəbəkədə soyudun.

Nuş olsun!
Etiketlər: Xəmir, zeytun, Xəmiri, Sobanı, dərəcə, təxminən, saxlayın, qızdırın, örtüb, tökün, Üzərinə, dəsmal, qalxanda, yerdə, qoyub, formadan, yoxlayın, çıxarıb, şəbəkədə, soyudun
BİZİ İZLƏYİN