• Şabalıdlı qutab resepti

Reseptin məlumatları Baxış sayı: 18 477

Tarix : 14-12-2016, 14:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
kərə yağı 70 q,
400 q un (2 stəkan),
1 yumurta,
400-500 q şabalıd,
soğan,
duz,
istiot.

Hazırlanması:
400 q ələnmiş una duz, 1 yumurta və yarım stəkan su əlavə edin, yoğurun. Xəmiri bürüyün və 20 dəqiqə saxlayın. Xırda doğranılmış soğanı kərə yağında qızılı rəng alana kimi qızardın. Bişirilmiş şabalıd əlavə edin, duzlayın, qarışdırın, qızardın. Nazik xəmir yayın, içliyi içinə doldurun. Quru tavada iki tərəfdən qızardın. Kərə yağı ilə yağlayın.

Nuş olsun!
Etiketlər: qızardın, stəkan, əlavə, şabalıd, yumurta, xəmir, Nazik, duzlayın, Bişirilmiş, yayın, qarışdırın, doldurun, Anchor, yağlayın, tərəfdən, tavada, içinə, içliyi, yağında, yoğurun
BİZİ İZLƏYİN