• Pendir snekləri resepti

Reseptin məlumatları Baxış sayı: 14 932

Tarix : 12-08-2014, 17:00

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 q bərk pendir
220 q un
120 q kərə yağı
4 x.q. süd (və ya su)
1/4 ç.q. duz

Hazırlanması:
Sobanı 200 dərəcə qızdırın.

Mətbəx kombaynına un, duz, kərə yağı, sürtgəcin iri gözündən keçirilmiş pendir qoyub xırdalayın. Ovuntuq alınmalıdır.

Buraya 4 x.q. süd əlavə edib bir az da qarışdırın.

Kündə tutun. Bir hissəsini qoparıb qalanını soyuducuya qoyun.

Qopardığınız hissəni 2 mm qalınlıqda yayın.

Forma ilə fiqurlar, ya da sadəcə kvadratlar kəsin.

Bunları siniyə düzüb sobada 10 dəqiqə, peçenyelərin altı qızarana, üstü isə bərkləşənədək bişirin.

Xəmirin qalanını da eyni qaydada hazırlayıb bişirin.

Nuş olsun!
Etiketlər: qalanını, bişirin, pendir, sadəcə, kvadratlar, kəsin, fiqurlar, Bunları, Forma, qalınlıqda, yayın, siniyə, hissəni, sobada, Xəmirin, qaydada, hazırlayıb, olsun, bərkləşənədək, qızarana
BİZİ İZLƏYİN