Tərkibi:xəmir üçün:1 stakan otaq temperaturunda qatıq
1ədət yumurta
1çay qaşığı şəkər tozu
yarım çay qaşığı duz
2yemək qaşığı duru yağ
1çay qaşığı soda
1,5stakan un (+/-)
verilən bu ərzaq miqdarından 20-25 pirojki alınır (kündələrin iri-kiçik tutmasında asılı olaraq)
bundan başqa istənilən içlik və qızartmaq üçün bol duru yağ
Hazırlanması:Qatığı axşamdan yaxud 3-4 saat əvvəl soyuducudan çıxartmak lazımdır.Ümumiyyətlə,bu tərif üçün turş,köhnə qatıq məsləhətdir.İri bir qaba qatığı tökmək,yumurta,şəkər tozu,duz və duru yağ əlavə edib,qarışdırmaq.
Sodanı əlavə edib,yenə qarışdırmaq.Qatıx çürük-çürük olacax və köpüklınəcək.
Bu zaman hissə-hissə unu əlavə edərək,yumuşak bir xəmir yoğurun.Unun miqdarını qaçırmayın,xəmir yumuşaq olmalıdır.Çox yoğurmak lazım deyil,yoxsa xəmir sərtləşir.Üstünü örtüb 5-10dəqiqə saxlayın.
Xəmiri kiçik kündələrə bölün, əliniz ilə yastılayıb yumru şəkildə yayın. Hər kündənin ortasına içlik qoyun və yaxşıca bükün.Masanı nə unlamaq,nə yağlamaq lazım deyil,xəmir yapışmır və asanlıqla yayılır.
Yuxarıda qeyd etdiyim kimi,pirojki üçün müxtəllif içlik istifadə etmək olar. Mən bu səfər ciyər ilə bişirdim))
Pirojkiləri bükəndən sonra,masaya elə yığın ki, "dikiş" yeri altda qalsın.
Əvvəlcədən dağ edilmiş yağa salıb qızardın.Pirojkiləri yağa saldığınız zaman bükdüyünüz tərəfi ilk yağa salın ki, "dikiş" yeri tutsun və açılmasın.
Bu təriflə bişirilən pirojkilər yumuşaq və dadlı olur,həm mayalı xəmir olmadığı üçün daha tez başa gəlir.
Nuş olsun!
Etiketlər: xəmir, qaşığı, əlavə, içlik, çürük, qarışdırmaq, kiçik, zaman, hissə, dikiş, lazım, yumuşaq, pirojki, Pirojkiləri, deyil, qatıq, yumurta, şəkər, yayılır, ciyər