• Fokaçça resepti

Reseptin məlumatları Baxış sayı: 11 658

Tarix : 14-01-2017, 17:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ülviyyə Zeynalova


Tərkibi:
3 st un
1 x q maya
1 ç q duz
1 st ilıq su
2 x q zeytun yağı

Üzəri üçün:
parmesan pendiri vəya holland pendiri
2 x q zeytun yağı
pomidor
rozmarin
ağ reyhan(basil/basilico)
qara zeytun
dəniz duzu

Hazırlanması:
Maya və suyu qarışdırıb 10 dq mayalandırın.Sonra yumuşaq xəmir yoğurun,qoyun 45 dq mayalansın.Sonra bişirəcəyiniz qabı 2 xörək qaşığı zeytun yağı ilə yağlayın və qaba yayın xəmiri,yenə qoyun 45 dq mayalansın.Sonra barmağınızla basıb iz qoyun və üzərinə zeytun yağı sürtün.Yaş rozmarini və reyhanı doğrayıb tökün.Onu qeyd edim ki,rozmarinsiz bu çörək əsl dadı verməz.Və üzərinə pomidor,qara zeytun,rozmarin,ağ reyhan,holland vəya parmezan pendiri və ən axırda üzərinə iri dənəli dəniz duzu,yada xörək duzu.

Nuş olsun!
Etiketlər: zeytun, Sonra, pendiri, qoyun, üzərinə, xörək, mayalansın, dəniz, reyhan, holland, pomidor, rozmarin, basıb, sürtün, reyhanı, rozmarini, rozmarinsiz, parmezan, axırda, dənəli
BİZİ İZLƏYİN