• Lahmacun resepti

Reseptin məlumatları Baxış sayı: 31 001

Tarix : 26-02-2017, 21:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:
Un
2,5 stəkan
Su 1 stəkan Ilıq
Quru maya 1 ç.q
Bitki yağı 50 ml
Duz 1 ç.q

İçlik:
Mal əti qiyməsi 300 q
Pomidor2 Ədəd orta
Bolqar bibəri 2 kiçik (zövqə görə acı və ya şirin)
Soğan 1 ədəd iri
Sarımsaq 2 diş
Cəfəri 1/2 dəstə
Duz 1 ç.q
İstiot 1 ç.q
Paprika 1 ç.q
Pul bibər 1 ç.q
Ketçup 2 x.q (Tomat sousu)

Hazırlanması:
Suya mayanı qatıb qarışdırın. Unu ələyin. Ortasında çuxur yaradım mayalı məhlulu, yağı və duzu qatıb xəmir yoğurun. Xəmiri 1,5- 2 saat ərzində isti yerdə saxlayın.

2. Soğanı, sarımsağı, pomidoru, bibəri və cəfərini blenderdən keçirib ətə qatın. Ədviyyatları əlavə edib qarışdırın. İdealda hazır içlik 4 saat soyuducuda qalmalıdır. Amma saxlamasaz da olar. Ət su buraxacaq, narahat olmayın içliyin belə yaş olmasına görə o xəmir üzərində yaxşı yayılacaq.

3.Xəmiri 10 yerə bölün və kündələyin. Xəmiri yayacağınız səthi unlayın və kündəni 5 mm qalınlığında yayın. Lahmacunun diametri 18-25 sm arası olmalıdır.

4.Xəmirin üzərinə bir az ət qoyub əllə yayın. Lahmacunu tavada və ya sobada bişirmək olar. Lahmacunu orta odda xəmir qızarana kimi bişirmək lazımdır. İstənilən halda lahmacun odda bişmlidir. Onu elektrik sobada bişirmək tövsiyyə olunmur.

5.Hazır lahmacunları iki yerə qatlayıb buluda yığın. Limon və cəfəri ilə birgə isti isti süfrəyə verin.

Nuş olsun!
Etiketlər: bişirmək, Xəmiri, xəmir, qarışdırın, yayın, Lahmacunu, qatıb, sobada, stəkan, bibəri, qalınlığında, kündəni, Lahmacunun, diametri, Xəmirin, verin, olmalıdır, arası, unlayın, səthi
BİZİ İZLƏYİN