• Döyülmə xəmirdən ətli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 13 865

Tarix : 2-03-2017, 21:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:
Un 300 kq
Kərə yağı 150 q (15 dəq. soyuducunun buz dolabında saxlanılmalıdır)
Yumurtanın sarısı 2 Ədəd (1 bütöv yumurta və ya soyuq su ilə əvəz etmək olar)
Xama 1 x.q (Xama əvəzinə 1 yumurtanın sarısını qatmaq olar)
Duz 1/2 ç.q

İçlik:
Mal əti qiyməsi 500 q
Soğan 2 Ədəd Orta ölçüdə
Duz 1 ç.q
Qara istiot 1/2 ç.q
Göy soğan 1 dəstə (Əgər dəstə qalındırsa onun yarısını istifadə edin)
Yumurta 2 Ədəd (Yumurtalar qaynadılmalıdır)
Bitki yağı 2 x.q

Hazırlanması:
Xəmir üçün:
1. Unla duzu ələyin, doğranılmış soyuq kərə yağı əlavə edib mətbəx kombaynı və bıcaq vasitəsi ilə döyün. Unla yağ xırda qırıntı halına gətirilməlidir.
2.Bir-bir yumurta sarılarını əlavə edib xəmiri qarışdırın. (70 ml soyuq su və ya bütov yumurta ilə əvəz edə bilərsiniz).
3.Xəmir qatı, ovulan və yaxşı formalaşan olmalıdır. Əgər xəmir həddindən artıq ovulur və forma saxlamırsa bir az xama qata bilərsiniz.
4.Hazır xəmiri şar halına salın, qida plyonkası ilə bağlayın və 1 saatlıq soyuducuya qoyun.

İçlik:
1. Soğanı soyun və xırda doğrayın. Bitki yağını tavada qızdırın və soğanı 5 dəq qızılı rənq alana kimi qızardın.
2. Qiyməni soğanın üzərinə əlavə edib, qarışdırıb tavanın qapağını örtün və 20 dəq ərzində orta odda bişirin, arada qapağı açıb əti qarışdırmaq lazımdır.
3. Yumurtaları qaynadın və qabığını soyun. Göy soğanı təmizləyib yuyun. Yumurta ilə göy soğanı doğrayıb içliyə əlavə edin. Zövqə görə içliyi duzlayıb istiotlamaq olar.

Piroq:
Sobanı 200 dərəcə qızdırın, daha sonra dərəcəni azaldıb 180 edin. Xəmiri soyuducudan çıxardın və biri digərindən 2 dəfə balaca olmaqla iki hissəyə bölün və kündələyin. İri kündəni unlanmış səth üzərində oxlov vasitəsi ilə 0,5 - 0,75 sm qalınlığında 40-45 diametr ölçüsündə yayın.
30 sm diametri olan soba üçün formanı bitki yağı ilə yağlayın. Xəmiri formaya yerləşdirin və qıraqlarını qaldırın. Soyumuş içliyi xəmirin üzərinə yerləşdirin və piroqun qıraqların mərkəzə doğru qatlayın. Qıraqlar piroqun üzərinə 3 sm "çıxmalıdır" (videoda izləyin)
Qalan xəmirdən müxtəlif fiqurlar və ya sadə zolaqlar kəsib piroqun üzərini bəzəyin.
Bir yumurta sarısına 1 ç.q bitki yağı və 1/4 ç.q sarıkök qatıb qarışdırın və bu məhlulu piroqun üzərinə çəkin.
Piroqu 40 dəq. ərzində 180 dərəcədə bişirin. Mütəmadi olaraq yoxlayın ki üstü və ya altı yanmasın.
Süfrəyə qatıq və ya tərəvəzlərdən hazırlanmış sadə salatla verin.

Nuş olsun!
Etiketlər: əlavə, yumurta, üzərinə, piroqun, Xəmir, soyuq, soğanı, xırda, xəmiri, dəstə, qarışdırın, qızdırın, Yumurta, soyun, bilərsiniz, halına, Bitki, Xəmiri, yerləşdirin, bitki
BİZİ İZLƏYİN