• Qızardılmış kartoflu pirojki resepti

Reseptin məlumatları Baxış sayı: 20 100

Tarix : 6-03-2017, 20:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
Su 500 ml
Maya 50 q
Şəkər tozu 2 x.q
Un 5 Stəkan
Bitki yağı 2 x.q
Duz 1 ç.q

İçlik:
Kartof 1 kq
Kərə yağı 100 q
Qaymaq 100 ml
Soğan 2 Ədəd
Göy soğan 1 dəstə
Duz 1 ç.q
İstiot 1/2 ç.q

Hazırlanması:
1. İlıq suda mayanı əritmək, şəkər tozunu, duz, yağ və unu əlavə etmək. Xəmiri yoğurmaq. Xəmir bir az ələ yapışan olmalıdır. Xəmiri 2 saat ərzində qəlməyə qoyun.

2.Xəmir qələnədək içliyi hazırlayırıq. Bu xəmirdən istənilən içlikli pirojki hazırlamaq olar. Kartof içliyi belə düzəldilir: 1 kq kartof soyulur, yuyulur və suda bişirilir. Bişmiş kartofun suyu süzülür və əzilir. İçliyə kərə yağı, qaymaq, qızardılmış soğan, göy soğan, duz və istiot qatılıb qarışdırılır.

3.Xəmir gəldi. Onu 4 yerə bölürük və kündələyirik. Kündələri yayıb stakan və ya digər forma ilə daitrəvi şəkildə kəsirik. Hər dairəyə bir qaşıq içliq qoyuruq və pirojkiləri formalaşdırırıq.

4.Pirojkini bitki yağında qızartmaq lazımdır. Dərin teflon qazana 0,5 bitki yağı tökürük və qızdırırıq. Pirojkiləri hər iki tərəfdən qızardırıq.

Süfrəyə qızardılmış pirojki istənilən sousla verilə bilər. Pirojki ilə yeyilən ən populyar souslar min ada və ketçupdur.

Nuş olsun!
Etiketlər: Xəmir, soğan, pirojki, Xəmiri, Kartof, istənilən, içliyi, qızardılmış, bitki, dairəyə, qaşıq, içliq, qoyuruq, formalaşdırırıq, pirojkiləri, daitrəvi, yayıb, Kündələri, kündələyirik, bölürük
BİZİ İZLƏYİN