• Novruzun şor qoğalı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 8 773

Tarix : 12-03-2018, 15:30

Bölmə : Duzlu xəmir işləri / Xəmir işləri / Foto reseptlər / Digər reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq un
2 ədəd yumurta
2 stəkan ilıq süd
1 çay qaşığı quru maya
200 qram kərə yağı
1 çay qaşığı sarıkök
1 çay qaşığı duz

iç:
2 stəkan un
1 stəkan əridilmiş kərə yağı
1/2 ç.q istiot
2 ç.q razyana
2 ç.q üyüdülmüş cirə
1/2 ç.q sarıkök
1 ç.q duz

Üstü üçün:
1 ədəd yumurta sarısı
Xaş-xaş (qara çörək otu)

Yağlamaq üçün:
450-500 qram kərə yağı

Hazırlanması:
Xəmirdən əvvəl stəkana mayanı töküb ilıq süddə qarışdırın. Kənarda 5-10 dəqiqə saxlayın ki, qalıb köpüklənsin. Daha sonra südü qızdırıb, içinə sarıkökü əlavə edin. Başqa bir qabda unun ortasın açıb içinə əridilmiş kərə yağını, əvvəlcədən hazırladığınız sarıköklü südü, mayanı, duzu əlavə edib, xəmiri yoğurun. Yumşaq xəmir alınacaq. Acıması üçün üzərini örtüb, isti bir yerdə 1 saat saxlayın.

İçi hazırlamağa başlayın. Belə ki ocaqda tavaya unu töküb qazın üstündə qızılı rəngdə olanadək dayanmadan qarışdıra-qarışdıra qovurun. Soyuduqdan sonra üzərinə duz, istiot, sarıkök, razyana və cirəni töküb qarışdırın. Sonda isə üzərinə əridilmiş kərə yağını töküb, yaxşıca qarışdırın. İçlik hazırdır.
Acıyan xəmirdən kündələr düzəldib, nazik yuxalar yayın. Yuxaların hər layını oxlovla geniş açaraq yağlayıb, eni 4-5 sm olmaqla zolaqlara bölün. Hər bir zolağı rulet kimi fırladın. Əlinizlə içini oval formaya salıb, iki çay qaşığı içlik qoyub ağzını bükün. Daha sonra qoğalı yastılayın. Listə düzüb, üzərinə yumurta sarısı çəkib, xaş-xaş (qara çörək otu) səpin. Sobada qızaranadək bişirin.

Novruzun şor qoğalı resepti - FOTO RESEPT

Novruzun şor qoğalı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: töküb, qaşığı, üzərinə, qarışdırın, yumurta, sonra, sarıkök, stəkan, əridilmiş, yağını, içinə, saxlayın, mayanı, qarışdıra, əlavə, razyana, istiot, çörək, sarısı, Yuxaların
BİZİ İZLƏYİN