• Qat-qat xəmirdən börək resepti

Reseptin məlumatları Baxış sayı: 17 036

Tarix : 15-04-2017, 22:00

Bölmə : Duzlu xəmir işləri / Börəklər / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Husniyya


Tərkibi:
1 paket (10ədəd) hazır qat-qat xəmir(milföy xəmiri)
200qr toyuq filesi
2 iri baş soğan
Duz,istiot
Bitki yağı
1 yumurta
Küncüt

Hazırlanması:
Soğanı yarım halqa şəklində doğruyub,bitki yağında qızardırıq,toyuq filesini də istəsəz lap xırda doğruyub soğanla birlikdə bişirin ,istəsəz qaynadıb, soğan hazır olanda içinə əlinizlə xırdalayaraq ( didərək) əlavə edin.
Mən özüm hazırladığım qat-qat xəmirlə etdim. Kvadrat formada xəmirlərin içinə içlik qoyub üçkünc formada(şəkildəki kimi) bükürük və üzərinə yumurta sarısı çəkib küncüt səpirik. 175'də 15-30dəq üzü qızaranadək sobada bişiririk.

Nuş olsun!
Etiketlər: yumurta, toyuq, doğruyub, soğan, formada, içinə, hazır, içlik, xəmirlərin, Kvadrat, xəmirlə, xırdalayaraq, əlinizlə, didərək, əlavə, hazırladığım, etdim, bükürük, 30dəq, səpirik
BİZİ İZLƏYİN