• Ətli ponçiklər resepti

Reseptin məlumatları Baxış sayı: 5 556

Tarix : 22-04-2017, 20:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
marqarin ve ya kereyağı (200gr)
1 yemək q. maya
1 st. süd
1 çay q.duz
1 armudu st. duru yağ
2 yumurta(bir sarı üstünə)
2 yemək qaşığı şəkər .
Un təxminən 5.5 st.

İçi üçün:
Qıyma(soğan,zirinc,şüyüd,kişniş elave edin)

Hazırlanması:
İlk növbədə ilıq süddə maya və şəkəri qarışdırıb həll olması üçün kənara qoyaq biraz gözləyək.Başqa bir qabda yumşalmış marqarin, duz,yumurta və duru yağı əlavə edib mikserlə açaq.Sonra mayalanmış südü qarışıma əlavə edib qarışdırırıq və yavaş yavaş unu boşaldaraq yoğururuq.Yumşaq ələ yapışmayan xəmir əldə edəcəyik. Mayalanmağı üçün 45 deq gözləyək.....Xəmirimizdən balaca toplar ayırıb azca açırıq mərkəzə bir çay qaşığı qıyma qoyub səliqəli şəkildə bükürük soba qabına düzürük (bişirmə kağızı istifadə edin).Arzu etsəniz qabda da xəmirin daha yaxşı mayalanmağı üçün 15 dəq gözləyə bilərsiz. Üzərinə yumurta sarısı sürtüb çəngəl ilə gözəl görüntü üçün xətlər çəkə bilərsiz və ya çörəkotü səpə bilərsiz.
200 dərəcə əvvəlcədən qızdırılmış sobada 15-20 dəq bişirin.

Nuş olsun!
Etiketlər: bilərsiz, yumurta, əlavə, qabda, gözləyək, qaşığı, yavaş, yemək, marqarin, bişirmə, açırıq, ayırıb, toplar, kağızı, düzürük, bükürük, qıyma, mərkəzə, qoyub, istifadə
BİZİ İZLƏYİN