• Qarışıq kökə resepti

Reseptin məlumatları Baxış sayı: 5 379

Tarix : 23-04-2017, 20:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
• 2 su st. ilıq süd
• 1 paket quru maya (1,5 y.q)
• 1 su st əridilmiş kərə yağı
• 1 yemek qaşığı şəkər
• 2 çay q. duz
• Aldığı qədər un (5-6 su st un)

Üzəri üçün:
Ağ pendir
Holland pendiri
Pomidor,bibər
Balaca doğranmış kolbasa (sucuk)

Hazırlanması:
İlk öncə maya ilə süd seker qarışdırılıb həll olmağı üçün kənara qoyulur. Daha sonra digər ingredientləri əlavə edib elimizlə yoğururuq xemiri . Çox yumşaq ələ yapışmıyan xəmir əldə edirik və mayalanmağı üçün kənara qoyuruq 1 saat gözləyirik.
Xəmirdən hissələr qopardıb yumru edib elimizlə yastılaşdırıb qaba düzürük(esas orta hisseni yastilawdirin ). Sonra üzərinə yumurta sarısı sürtüb birinci holland pendiri sonra pomidor dilimi, bibər, sucuk qoyun. Artıq prosedur bitdi qabımızı öncədən qızdırılmış sobaya yerləşdiririk 200 dərəcədə qizarana qədər bişiririk.

Nuş olsun!
Etiketlər: bibər, qədər, elimizlə, sucuk, kənara, sonra, yumurta, sürtüb, birinci, sarısı, Sonra, yumru, qopardıb, hissələr, yastılaşdırıb, düzürük, yastilawdirin, hisseni, üzərinə, pomidor
BİZİ İZLƏYİN