• Adjarskiye xaçapuri resepti

Reseptin məlumatları Baxış sayı: 5 105

Tarix : 28-04-2017, 17:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Camili


Tərkibi:
3,5-4 st un,
1 ədəd yumurta,
50 qr kərə yağı (əridilmiş),
1 x.q. maya,
0,5 st su (ilıq),
0,5 st süd(ilıq),
1,5 ç.q. şəkər tozu,
1,5 ç.q. duz

Üzəri üçün:
100 qr ağ pendir,
100 qr holland pendiri

*Qeyd. “Adjarskiye” xaçapuri gürcü mətbəxinə aid bir yemək olduğundan üzəri üçün “suluqani”, “acar” pendiri istifadə olunarsa daha ləziz olar.

Hazırlanması:
Xəmir üçün qeyd olunmuş bütün ərzaqları bir qaba töküb, yoğururuq və acıması üçün gözləyirik. Təqribən 1-2 saat sonra xəmir acımış olacaqdır. Xəmirdən bərabər ölçülü kündələr tuturuq. Kündələrə əlimizlə qayıq forması verərək orta hissəsində yaranan çuxura sürtgəcdən keçirilmiş pendir yerləşdiririk. Soba qabına yığıb 180-200 dərəcədə 15-20 dəqiqə bişirdikdən sonra üzərinə yumurta qırırıq. Isti-isti üzərinə kərə yağı qoyub süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: pendiri, yumurta, üzərinə, pendir, sonra, verərək, forması, hissəsində, yaranan, çuxura, qayıq, əlimizlə, ölçülü, bərabər, kündələr, tuturuq, Kündələrə, sürtgəcdən, keçirilmiş, qırırıq
BİZİ İZLƏYİN