• Soba peraşkisi resepti

Reseptin məlumatları Baxış sayı: 97 425

Tarix : 29-04-2017, 14:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Gulya


Tərkibi:
Xəmir üçün:
2 st süd,
2 ədəd yumurta,
1 st duru yağ,
maya,
2 x.q. şəkər tozu,
1 ç.q. duz,
apardığı qədər un

İçlik üçün:
2-3 ədəd kartof,
şüyüd,
2 x.q. duru yağ,
1 ədəd baş soğan (kiçik ölçüdə)

Üzəri üçün:
qara çörəkotu

Hazırlanması:
İlk öncə ilıq süd, maya və şəkəri kiçik bir qabda qarışdırıb, şişənə kimi gözləyirik. Başqa bir qabda unu əliyirik. Daha sonra üzərinə duz, şəkər tozu, yumurtaların ağını (sarısı üzəri üçün istifadə ediləcək) və duru yağı əlavə edib, südlü qarışımla birlikdə xəmir yoğururuq. Xəmiri acıması üçün 1-1.5 saat isti yerdə gözlədirik.

Bu müddət ərzində içliyi hazırlaya bilərsiniz. İç üçün ilk öncə kartofu suda qaynadıb, əzirik. Xırda doğranmış soğanı yağda qovurub, kartofun üzərinə əlavə edirik. Son olaraq xırda doğranmış, şüyüd töküb, qarışdırırıq.

Xəmirdən orta ölçülü kündələr tutaraq yayırıq. Yaydığımız kündələrin ortasına hazırladığımız içlikdən 1 x.q. yerləşdiririk. İki kənarı üst-üstə düşəcək şəkildə bağlayıb, tərs üzünə çeviririk. Bütün kündələri bu qayda ilə hazırladıqdan sonra üzərinə yumurtanın sarısını çəkib, çörəkotu səpirik və soba qabına yığırıq.180 dərəcə istilikdə üzəri qızarana kimi bişiririk.

Nuş olsun!
Etiketlər: üzərinə, çörəkotu, kiçik, sonra, şüyüd, üzəri, əlavə, qabda, doğranmış, şəkər, kündələrin, qovurub, kartofun, ortasına, hazırladığımız, içlikdən, Yaydığımız, yerləşdiririk, yayırıq, edirik
BİZİ İZLƏYİN