• Qiyməli holland pendirli poğaça resepti

Reseptin məlumatları Baxış sayı: 4 700

Tarix : 2-05-2017, 12:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : İlmusə


Tərkibi:
500 qr un,
1 st ilıq süd,
1 ədəd yumurta,
yarım ç.q. maya,
duz,
şəkər tozu,
5 x.q. duru yağ

İçlik üçün:
200 qr qiymə,
1 ədəd baş soğan,
1 diş sarımsaq,
1 ədəd pomidor,
1 ç.q. tomat,
duz,istiot,
holland pendiri

Hazırlanması:
Əvvəlcə ilıq süd və mayanı bir qabda qarışdırırıq. Başqa bir qabda unu əliyirik. Üzərinə duz, şəkər tozu, yumurta, və yağ əlavə edib, südlü qarışımla birlikdə xəmir yoğururuq. Xəmiri özünə gəlməsi üçün 1-1.5saat isti yerdə gözlədirik.

Bu müddət ərzində içliyi hazırlaya bilərsiniz. İç üçün xırda doğranmış soğanı və sarımsağı yağda qovururuq, daha sonra qiyməni əlavə edib, qazanın qapağını bağlayırıq. Ət qovrulduqdan sonra qabığı soyulmuş və sürtgəzdən keçirilmiş pomidorları, tomatı qazana əlavə edirik. Duz, istiot töküb 1-2 dəqiqə qovurduqdan sonra altını söndürürük.

Xəmir gəldikdən sonra bərabər ölçüdə kiçik kündələr ayırırıq. Əlimizlə dairəvi forma verib, ortasına hazırladığımız içlikdən və sürtgəcdən keçirilmiş holland pendiri qoyuruq. Ağzını bağladıqdan sonra soba qabına yığıb, 10 dəqiqə gözlədirik. Dağ olmuş yağda qızardırıq.

Nuş olsun!
Etiketlər: sonra, əlavə, holland, istiot, gözlədirik, qabda, dəqiqə, pendiri, keçirilmiş, yağda, şəkər, yumurta, qovurduqdan, gəldikdən, Xəmir, söndürürük, altını, pomidorları, sürtgəzdən, soyulmuş
BİZİ İZLƏYİN