• Çiabatta (İtalyan üsulu çörək) resepti

Reseptin məlumatları Baxış sayı: 3 898

Tarix : 22-06-2017, 21:00

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Acıtma üçün:
130 qr un
70 ml ilıq su
8 qr quru maya

Xəmir üçün:
400 qr un
2 xörək qaşığı zeytun yağı
1 çay qaşığı duz
200 ml ilıq su
50 ml ilıq süd
yarım çay qaşığı quru rozmarin acıtma

Bu xəmirdən iki orta ölçülü çiabatta alınır. Daha çox istəyirsizsə, ərzaq siyahısını ikiyə vurun.

Hazırlanması:
1. Acıtmanı hazırlayırıq. Maya ilə unu qarışdırıb, ilıq suyu əlavə edirik. Düyünlər itənə qədər qarışdırırıq. 10-11 saatlıq acıtma haqqında unuduruq. İşinizə yarayacaq məsləhətlər: çox dərin qabda hazırlayın və isti yerdə “unudun” acıtmanı. Kondisionerin altında qoymayın. Axşamdan acıtmanı qoyun səhər çörək isti-isti süfrənizdə olsun. Bunun üçün sizin ekstra fədakarlığınız lazım olacaq (səhər tezdən oyanmaq). 2. 10-12 saatdan sonra xəmiri yoğurun. Unu bir neçə dəfə ələyin. Duzla unu qarışdırın. Unun ortasında bir oyuq açın. Acıtmanı, südü, yağı və suyu ora töküb, xəmir yoğurun. Xəmirə əlavə un tökməyin. Bir az duru görsənsə belə, reseptdə göstərildiyindən artıq bu etapda un lazım deyil. Xəmiri ürəklə 10-15 dəqiqə yoğurun. 2 saatlıq gəlməyə qoyun. Yenə isti yer seçin bunun üçün.

3. Qalxmış xəmiri yenə yoğurun, bu mərhələdə quru rozmarin qata bilərsiz. Bu ədva ilə ehtiyyatlı olun. Lazım olduğundan çox istifadə eləsəz, çörəyin dadını məhv edəcəksiniz. Xəmiri iki yerə bölüb, sevdiyiniz çörək forması verin. Bizdə baton şəklində idi. Fantaziyanızı işlədin, xəmir işi cəsarətsizliyi sevmir. Forma verib xəmirə, listə qoyun və yenə 20 dəqiqə gözləyin.

4. Sobanı maksimum dərəcəyə qoyun, məndə 220-dir. Çörəyi bişirməzdən 20 dəqiqə əvvəl sobanı yandırın. Sobanın içinə qabın içində su qoyun. Bunu etmək çox vacibdir. Tavada su qoymaq imkanı yoxdursa, pulivizatorla sobanın divarlarını hər 5 dəqiqədən bir yaş edin. Pulivizator da yoxdursa, fırça ilə sulayın. Çörəyi 15-20 dəqiqə belə ”buxarda” bişirmək lazımdır. Sonra 10 deqiqede buxarsız bişirin.

5. Çörəyi sobadan götürəndən sonra soyudun. Nəbadə büküb eləyəsiz bu çörəyi. Bir də isti-isti kəsmək olmaz.

İdeal çiabattanı içindəki deşiklərin sayının çoxluğundan bilmək olur.

Nuş olsun!
Etiketlər: qoyun, yoğurun, dəqiqə, Çörəyi, qaşığı, yoxdursa, acıtmanı, saatlıq, əlavə, çörək, xəmiri, Xəmiri, xəmir, Acıtmanı, sonra, lazım, səhər, acıtma, rozmarin, Sobanı
BİZİ İZLƏYİN