• Soba peraşkisi resepti

Reseptin məlumatları Baxış sayı: 7 447

Tarix : 3-07-2017, 19:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Sevinc


Tərkibi:
Xəmiri üçün:
●4 stəkan un
●1 stəkan kərə yağı (ərinmiş)
●0.5 çay qaşığı duz
●200 qram xama
●1 çay qaşığı qabartma tozu

İçlik üçün:
●3ədəd kartov
●200 qram ət
●1 baş soğan
●keşniş
●qızartmaq üçün duru yağ

Üzəri üçün:
●1 ədəd yumurta

Hazırlanması:
Kartovları qoyun qaynasın.Farş olunmuş əti xırda doğranmış soğanla qovurun.Kartovlar bişdikdən sonra yaxşıca əzin, qızarmış ət qarışımını və xırda doğranmış keşnişi və duz əlavə edib içliyi hazırlayın.
Xəmiri isə yuxarıdakı inqredientləri qarışdırıb xəmir yoğurun.Təqribən 15-20 dəq saxladıqdan sonra xırda kündələrə ayırıb, yayıb içliyi qoyun.Bildiyimiz peraşki kimi..Sobadı isidin.Soba tavasına yağlı kağız sərib perajkiləri düzün,üzərinə 1 ədəd yaxşı çırpılmış yumurtanı kist vasitəsilə çəkin.Sonra çəngəlin tərs tərəfi ilə üzərinə cızıqlar çəkin və 180 dərəcədə bişirin

Nuş olsun!
Etiketlər: xırda, içliyi, çəkin, üzərinə, qoyun, stəkan, Xəmiri, qaşığı, sonra, doğranmış, yağlı, tavasına, isidin, Bildiyimiz, kündələrə, saxladıqdan, ayırıb, yayıb, peraşki, kağız
BİZİ İZLƏYİN