• Tavada pizza resepti

Reseptin məlumatları Baxış sayı: 10 509

Tarix : 5-07-2017, 17:00

Bölmə : Duzlu xəmir işləri / Pizza

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Sevinc


Tərkibi:
●toyugun ağ əti
●1ədəd yaşıl bibər
●1ədəd pomidor
●yarım dəstə şüyüt
●100qram holland pendiri
●1qaşıq tomat pastası və ya ketçup

Xəmiri üçün:
●1 ədəd yumurta
●3 x/qaşığı qatıq
●2 x/qaşığı duru yağ
●1 stəkan un
●1 paket qabartma tozu
●1çimdik duz

Hazırlanması:
Əvvəlcə toyuğun ətini yüngülvari qızardıb sonra didin.( qaynada da bilərsiniz) sonra didilmiş toyuq əti, doğranmış bibərlə birlikdə tavada biraz qovurun, bir az sonra pomidor və goyərtini qatıb azca qovurun, duz istiotu unutmayın.Keçək xəmirinə.Yuxarıda yazdığım inqredientləri çıpma teli ilə qatıb ələ yapışan bir xəmir əmələ gətirin..Tavanı yağlayın, qaşığın arxasını və ya əlinizi yağa,ya da suya batırıb xəmiri tavaya yayın.Xəmirin üzərinə 1 qaşıq tomat ilə 1 qaşıq soyuq su qarışımını çəkin.Sonra hazırladığınız qarışımı uzərinə səpin, və sürtkəcdən keçirilmiş pendiri səpib tavanın qapağını örtün.Qapaq kip örtülməlidir.
☆Əgər qapaqda deşik varsa salfetka ilə bağlayın.Əvvəlcə möhkəm qazda 2dəqiqəyə yaxın bişsin,sonra isə zəif xodda pendirin əriməsini gözləyin.qapağını açmaq olmaz.Pendir əridikdən sonra hazırdır,nuş edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: sonra, qatıb, qapağını, pendiri, Əvvəlcə, tomat, qovurun, qaşıq, bilərsiniz, pomidor, qaşığı, qarışımı, səpin, tavanın, səpib, keçirilmiş, sürtkəcdən, uzərinə, qarışımını
BİZİ İZLƏYİN