• Pandesal, yəni duzlu çörək resepti

Reseptin məlumatları Baxış sayı: 2 866

Tarix : 19-07-2017, 21:00

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
4 st un
2 ç.q. quru maya
1,5 st ilıx süd
3 ç.q. şəkər
70 qr yumuşaq kərə yağı
2 yumurta
1,5 ç.q. duz

Hazırlanması:
Üstünə səpmək üçün çörək ovuntusu 5 y.q.

1. İlıx südün içində şəkər və mayanı əritmək, 10 dəq gözləmək( maya köpəcək)

2. Ləyənə un ələmək, duz vurmax və qarışdırmaq.
Ortasında çuxur açmaq, yumuşaq yağı , yumurtaları qoymaq.
Mayalı südü az-az töküb, yumuşaq, ələ yapışmayan xəmir yoğurmaq.

3. Üstünü örtüb 1 saat saxlamaq. Sonra eyni ölçüdə kündələrə bölmək ( məndə 20 dənə oldu) və yumrulayıb üstünü çörək ovuntusuna batırmaq. Siniyə yığmaq.
Üstünü örtmək və 20 dəq saxlamaq.
Ona qədər sobanı 190t çalışdırın.

Sinini sobaya göndərmək və 20-25 dəq bişirmək.

Nuş olsun!
Etiketlər: yumuşaq, çörək, şəkər, saxlamaq, Üstünü, məndə, yumrulayıb, üstünü, bölmək, ölçüdə, ovuntusuna, Sonra, örtüb, kündələrə, Siniyə, Sinini, sobaya, göndərmək, bişirmək, çalışdırın
BİZİ İZLƏYİN