• Hansı ehtiyaclarınıza daha uyğundur: Tava və qazan seçimi necə olmalıdır?

Reseptin məlumatları Baxış sayı: 18 715

Tarix : 7-07-2019, 18:00

Bölmə : Mətbəx əşyaları


İstifadə etdiyiniz kiçik əşyalar, məişət avadanlıqları, qab dəsti, mətbəxdə yardım aldığınız kiçik ev alətləri... Qəbul edək ki yeni evlənənlərin və ya ilk dəfə evə çıxacaq çalışanların sıfırdan bir mətbəx hazırlaması o qədər də asan bir şey deyil. Bunun səbəbi isə mətbəxin həm bir çox detalı saxlayan həm də inkişaf edən texnologiyanın əks olunmasını ən sıx şəkildə gördüyümüz sahələrdən biri olması. Texnologiya əsasında inkişaf edən və ən çox ağlınızı qarışdıran məsələlərdən birinin də qazan və tava seçimi olduğunu bilirik. Bəs, tava və qazan seçimi necə aparılır? Qazan və tavada istifadə vərdişləriniz istiqamətində nələrə diqqət etməlisiniz? İndi, qazan və tava növləri əsasında diqqət etməyiniz lazım olanları sizinlə bölüşək.

Polad Bişirmə Qabları
Polad qazanlar, tavalar, demək olar ki, hamımızın evində olan yəni çox üstünlük verilən bir növdür. Polad bişirmə məhsullarını həm bişirmə həm də hazırladığınız yeməkləri başqa bir qaba köçürmə ehtiyac duymadan soyuducuda saxlama qabı kimi istifadə oluna bilər.

Qazan alarkən diqqət edilməsi lazım olanlar arasında olan aşınma vəziyyəti, polad bişirmə qablarında olduqca uğurludur. Yəni polad qazanlar asan asan aşınmır, oksitlen-mir və bu sayədə digər variantlara nisbətən daha sağlam bişirmə təqdim edir.
İstiliyi uzun müddət qoruyan, bir neçə saat içərisində yeməyi yenidən qızdırma ehtiyacı duymaya bilirik. Bu sayədə enerjidən qənaət edərsiniz.
Bərabər bir şəkildə istilik tutmaması isə paslanmaz polad qazan və tavaların çatışmamazlığıdır.
Polad bişirmə qabları, sulu yemək bişirmək üçün olduqca uyğun.

Keramika Bişirmə Qabları
Keramika qazanlar da mətbəxlərdə tez-tez istifadə olunan qazan növlərindəndir. Lakin məlum olanın əksinə, keramikalar cızılma məsələsində olduqca həssasdırlar. Yəni, yeməyinizi bişirəndə silikon ya da taxta materiallar istifadə etməyiniz daha yaxşı olar. Əks təqdirdə yaranan cızıqlar sağlamlığınıza zərər verə bilər.

Sürüşkən bir quruluşu olması sayəsində asanlıqla təmizlənər, amma qab-qacaq maşınında yuyunmaları təklif edilməz.
Bişirdiyiniz yeməyi keramika tava və qazanlarda saxlamaq, ərzaqların içərisində turşular yarandığına görə qidalara zərərli maddələr keçməsinə səbəb olar və sağlamlığınıza mənfi təsir göstərə bilər.
Keramika bişirmə qablarında da polad qazanlarda olduğu kimi sulu yeməklər edə bilərsiz.

Mis Bişirmə Qabları
Bir çoxumuz "Hansı tava alınmalıdır"? Sualına "Mis tava olmazsa olmaz". Cavabını verir. Bəli, mis tavanın təqdim etdiyi ləzzəti bir çox tava növündə tutmaq çətindir, amma mis bişirmə qablarının kontekstinə digər növlərdən daha çox diqqət göstərmək lazım gəldiyi də bir həqiqətdir.
Mütəmadi olaraq qalaylanması və qulluq göstərilməsi lazımdır. Əks təqdirdə xəlitələr qidaya keçə və bu da zəhərlənmələrə səbəb ola bilər.
Bişirilən qidaları mis bişirmə qablarında saxlanmamalıdır və dərhal uyğun bir qaba alıb bu qabın içərisində saxlamalısınız.
İstiliyi tez çatdırır və sürətli bir şəkildə soyuyurlar.
Mis bişirmə qabları adətən məkanında edilə bilən yumurta kimi yeməklər üçün üstünlük verilir.

Tökmə Bişirmə Qabları
Son illərin olduqca populyar növlərindən biri olan tökmə qazan və tavalar, yüksək temperaturlara davamlı olması ilə yanaşı, "Ən sağlam tava növləri hansıdır"? Sualının cavabı kimi də verilir.

İstiliyi bərabər bir şəkildə yayması, tökmə dəmirdən düzəldilən bişirmə qablarının ən böyük üstünlüklərindən biridir. Bu sayədə bütün ərzaqlar bərabər və ləzzətli bir şəkildə bişər.
İstiliyi uzun müddət saxlayırlar. Bu sayədə enerji istifadə edərkən qənaət olur.
Metal simləri dəmir tökmə tava və qazanları yuyanda istifadə etməyin və məhsulları əldə yumanız məsləhətdi.
Tökmə bişirmə məhsullarının çatışmazlığı isə ağır olmaları kimi tanınır.
Tökmə bişirmə qablarında dəmir izqara və soba yeməkləri bişirmək olar.

Teflon Bişirmə Qabları
Yapışmaz quruluşu və asan təmizlənəbilirliyi ilə hər evdə özünə yer tapan teflon qazanlar, tavalar son illərdə papulyar bişirmə növlərindəndir. Teflonları istifadə etmək bir az təhlükəli ola bilər. Bunun səbəbi isə həm teflon qazan və tavaların yerini tuta biləcək məhsullar istehsal edilməsi həm də teflon məhsulların güman edildiyi qədər məsum olmadığının başa düşülməsi.
Yağsız və ya az yağlı bir şəkildə ərzaqları bişirə.
Çox yüksək istiliklərə qarşı (300°c üstü) dözümlü deyil, tərkibindəki zərərli xəlitələr açığa çıxa bilər.
Metal və iti məhsullar, cızdıqları üçün teflon bişirmə qablarına tətbiq olunmamalıdır. Cızılan məhsulları isə istifadə etməmək lazımdır. Əks təqdirdə sağlamlığınızı təhlükəyə ata bilərsiz.

"Tava alarkən nələrə diqqət etməli"? Sualının cavablarından biri də təmizləmədir. Teflon məhsulların təmizliyi asandır, amma qab-qacaq maşınında təmizlənməsi təklif edilmir.
Yapışmaz xüsusiyyəti sayəsində teflon tavalarda qayğanaq, teflon qazanlarda plov, sote kimi yeməklər praktik şəkildə bişirmək olar.

Qranit Bişirmə Qabları
Qranit bişirmə qabları son illərdə adlarını tez-tez eşitdiyimiz məhsullardır. Qraniti də teflon kimi bir örtük növü olaraq düşünə bilərik, amma qranitin teflona nisbətən cızılmalara qarşı daha dözümlü olduğu bildirilir.

Teflon, mis, keramika bişirmə qablarında olduğu kimi qranit qazanlar və tavaları da saxlama qabı kimi istifadə etməyin.
Metal məhsullar cızılmağa səbəb olacaq deyə yemək edərkən iti olmayan taxta materialları, ya da silikon məhsullara üstünlük verməlisiniz.

Qranit məhsulların, istiliyi bərabər paylamaq məsələsində də teflon məhsullardan daha uğurlu olduğu qeyd olunur.
Yapışmaz xüsusiyyəti, az yağlı bir şəkildə plov, yumurta, tava böreyi kimi yeməkləri asanlıqla etməyinizə imkan verir.

Titanyum Bişirmə Qabları
Bişirmə qablarının da texnologiya ilə birlikdə inkişaf etdiyindən bəhs etmişdik. Bax, titanyum tava və qazanlar də bunun sübutlarından biri. Polad qədər möhkəm və teflon kimi yapışmaz olan bu bişirmə qabı növü haqqında digər növlərdə olduğu kimi əslində dəqiq bir məlumat yoxdur.

Titanyumun təbiətdə olan bir element olması və insan orqanizmi ilə uyğun olması bir üstünlük kimi təqdim olunur, amma örtüyün altındakı qatı da araşdırmağınız lazımdır.
Titanyum qazan və tavalarda yapışma problemi görülmür. Yəni yağsız və az yağlı yeməklər üçün olduqca uyğundur.
Hazırladığınız yeyəcəkləri yenə də bu qablarda saxlamamanızda fayda var.
Süngırin yumşaq üzü ilə əlinizdə yuya bilərsiz.
Yapışmaz xüsusiyyəti sayəsində plov, yumurta, yuxa yeməkləri, ya da sotelər asanlıqla bişir.

Şüşə Bişirmə Bişirmə Qabları
Həm qəşəng görünüşü, həm də müxtəlif məqsədlərlə istifadə etməyə uyğun bir maddə ilə istehsal edilmiş olması şüşə qazanlara artıqlaması ilə diqqət çəkir. Əlbəttə ki, həm bişirmə həm də saxlama qabı kimi qiymətləndiilən şüşə qazanları istifadə edərkən diqqət etməyiniz lazım olan məqamlar da var.

Turşu və asitlərin təsir etməməsi, şüşə qabları "Ən sağlam qazan tava hansı"? Sualının cavablarından biri edir.
Son illərdə yüksək temperatura daha çox dayanıqlı olan məhsullar istehsal edilməsinə baxmayaraq, şüşə qazanları birdən yüksək temperatura və ya soyuğa məruz qoymamanızda fayda var.
Təmizləmə zamanı məhsula zərər verəcək materiallar istifadə etməyin, gələcək günlərdə qazanı daha ağır bir şəkildə təmizləmənizə səbəb ola bilər.
Şüşə bişirmə qabları yapışmağa çox uyğun olduğu üçün şüşə tava və ya qazanlarda şorba, soyutma, buğlama və ya sadə sulu yeməklər bişirmək olar

Gil Bişirmə Qabları
Gil qablarda bişən yeməklərin dadı damaqda qalır, bununla hamımız həmfikirik. Bax, o ləzzətin səbəbi əslində gil qabların temperatur dəyişiklikləri məsələsində həssas olmalarıdır. Bu səbəblə gil qablarda (saxsılarda) bişən yeməklərin ağır-ağır, başqa sözlə, uzun müddətdə bişirilməsi lazımdır.

"Saxsı qab necə istifadə edilir"? Sualının cavabının ən mühüm nöqtəsi, gil qabları ani temperatur dəyişikliklərinə məruz qoymamaqdır. Məsələn, sobanı əvvəlcədən qızdırmalı və qabın yavaş-yavaş qızınmasını təmin etməlisiniz.
Gil qabları istifadə etdikdən sonra yumalı və sürətli bir şəkildə qurudun.
Çatlayan və ya qırılan gil qabların bakteriya əmələ unutmamalısınız.
Gil bişirmə qablarında kotlet, ət, toyuq yeməklərini hətta sobada sütlac kimi şirniyyatları da edə bilərsiz.
Etiketlər: bişirmə, istifadə, Bişirmə, şəkildə, qazan, teflon, Qabları, qabları, diqqət, bilər, olduğu, olması, qablarında, qazanlar, yeməklər, olduqca, uyğun, Polad, sayədə, məhsullar
BİZİ İZLƏYİN