• Kulinar hədiyyələr

Reseptin məlumatları Baxış sayı: 16 620

Tarix : 6-10-2015, 14:00

Bölmə : Mətbəx əşyaları


Gözəl önlüklər, boşqablar və mətbəx lövhələri, kitab və jurnallar, bıçaqlar, mikser və blender — yemək bişirməyi sevən insanlar üçün 15 variant hədiyyə seçmişik ki, onların vasitəsi ilə yemək hazırlamaq daha rahat, hazır yeməklərin şəkilləri isə çox gözəl alınacaq.

1. İti aşbaz bıçağı - aşbazın əsas alətidir. Əgər hədiyyə alacağınız insanın artıq bu cür bıçağı varsa, o zaman çörək bıçağı və ya digər mətbəx bıçaqlarından almaq olar.
2. Elektron istilikölçən. Bu cür istilikölçənləri müxtəlif qiymətlərə tapmaq mümkündür, lakin yeni istifadə üçün çox bahalısını almağa dəyməz.
3. Mikser KitchenAid. Uzun müddət vaxtını mətbəxdə keçirən xanımlar üçün olduqca gözəl hədiyyədir. Burada yalnız mikserin rəngi barəsində fikirləşməyə dəyər.
4. Lövhə dəsti. Ucuz, keyfiyyətli və yadda qalan hədiyyə istəyirsinizsə, o zaman mətbəx üçün lövhə dəsti seçin.
5. Ağacdan hazırlanan salat qabı. Həmçinin maraqlı və yadda qalan hədiyyələrdən biridir.
6. Kulinar jurnal Gather. Gözəl və maraqlı kulinar jurnal. Hansı dildə yazılmasından asılı olmayaraq içindəki şəkilli reseptlər oxuyucunu həvəsləndirməyə qadirdir
7. Bəzəkli meyvə (salat) qabı. Yeni il mövzusunda bəzəkləri olan meyvə və ya salat qabı mətbəx sahibləri üçün yeni ildə sevimli hədiyyə ola bilər.
8. Bəzəkli dəsmal dəsti. Parça müasir kulinar şəkilçəkənlərin müntəzəm istifadə atributuna çevrilir. Bu cür bahalı olmayan dəsmal dəsti həm evdar xanımlar üçün, həm də professional aşpazlar üçün sevimli hədiyyədir.
9. Maraqlı önlük. Sobanın qarşısında duran insan üçün hədiyyə düşündükdə ilk olaraq insanın ağlına önlük gəlir. Belə halda yalnız bir problem var, o insanın artıq önlüyü mövcuddur. Məhz buna görə qeyri-adi önlüklər seçmək lazımdır. Hazırki önlüyün qabağında müxtəlif ölçü vahidləri, meyvə-tərəvəzlərin bişmə vaxtları və digər faydalı məlumatlar qeyd olunub.
10. Keyfiyyətli tava. Əsil kulinarın dərin dibli, keyfiyyətli tavası olmalıdır.
11. Mətbəx əlcəyi. Müxtəlif növ mətbəx əlcəklər tapmaq mümkündür. İnsana qayğı mənası şəkildə hədiyyə verilə bilər.
12. Blender. Blendersiz mətbəx indiki zamanda təsəvvür etmək çətindir. Mətbəxdə bir sıra işlər üçün lazım olan bu cihaz yeni il ərəfəsində gözəl hədiyyədir.
13. Qənnadı bəzək qələmi. Müxtəlif tortların, biskvitlərin və peçenyaların bəzədilməsi üçün rahat alətdir.
14. Göyərti saxlamaq üçün qab. İndiki zamanda yumurta qabları və müxtəlif ədviyyat qabları ilə heç kəsi təəcübləndirmək mümkün deyil. Göyərtini sulu və təmiz saxlamaq üçün qablarda mövcuddur.
15. Kulinar kitab. Baxmayaraq ki artıq bir çox insanlar internetdən istədikləri məlumatı əldə edirlər, sevdiyiniz insana həmçinin maraqlı kulinar kitab da hədiyyə edə bilərsiniz.
Etiketlər: hədiyyə, mətbəx, dəsti, kulinar, insanın, maraqlı, hədiyyədir, gözəl, artıq, bıçağı, müxtəlif, meyvə, salat, kitab, Müxtəlif, mümkündür, tapmaq, istifadə, zamanda, qabları
BİZİ İZLƏYİN