• Pendirli, qiyməli poğaça resepti

Reseptin məlumatları Baxış sayı: 6 107

Tarix : 22-08-2017, 17:00

Bölmə : Ət yeməkləri / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
2 ədəd yumurtanın ağı,
0.5 st. duru yağ,
2.5 st. süd,
1 ç.q. maya,
1 x.q. şəkər tozu,
1.5 ç.q. duz,
6-7 st. un

İçlik üçün:
bibər,
pomidor,
qiymə (və ya sosiska, toyuq filesi),
pendir,
cəfəri

Üzəri üçün:
yumurta sarısı

Hazırlanması:
Xəmir üçün qeyd olunmuş ərzaqlarla yumşaq xəmir yoğururuq. Xəmiri acıması üçün 2 saat isti yerdə saxlayırıq. Hazır olduqdan sonra kündələrə ayırıb, yağlanmış soba qabına düzürük. 15 dəqiqə daha gözlətdikdən sonra hər bir kündəyə əlimizlə forma veririk. Mərkəzinə zövqə görə doğranmış sosiska (qiymə və ya toyuq filesi), pendir, bibər və pomidor, cəfəri yerləşdirib, kənarlarına yumurta sarısı çəkirik. Əvvəlcədən qızdırılmış 200 dərəcə istilikli sobada bişiririk.

Nuş olsun!
Etiketlər: cəfəri, pendir, yumurta, sarısı, Xəmir, sonra, toyuq, filesi, sosiska, pomidor, bibər, qiymə, dəqiqə, veririk, Mərkəzinə, forma, gözlətdikdən, əlimizlə, zövqə, kündəyə
BİZİ İZLƏYİN