• Mal ətindən südlü kotletlər xardal, tərəvəz və bulka ilə resepti

Reseptin məlumatları Baxış sayı: 318

Tarix : 31.03.2018, 12:00

Bölmə : Ət yeməkləri, Tərəvəz yeməkləri, Souslar, Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 1-2

Şef / Mənbə : barakat.az


Tərkibi:
ət farşı (dana əti),
yumurta,
kartof,
xardal,
süd, bulka,
baş soğan,
qabaq,
pomidor,
gül kələm,
bolqar bibəri,
sarımsaq,
ədviyyatlar qarışığı,
sous

Hazırlanması:
1. Donu açılmış, yumuşaldılmış farşa yumurta, təmizlənmiş və orta sürgəcdə sürtülmüş kartof və xırda doğranmış soğanı əlavə edin.

2. Bulkanın ortasından çıxarılmış yumuşaq hissəsini süddə isladın və şişməsi üçün bir qədər gözləyin. Sonra onu süd, xardal, duz, istiot və ədviyyatlar qarışığı ilə farşa əlavə edin. Farşı yaxşı-yaxşı qarışdırın.

3. Kotletləri formaya salın (1 kotlet 1 porsiya hesabı ilə) və yağ əlavə edilmiş, qızdırılmış tavaya yerləşdirin. Bir təfəininqızardın, çevirin digər tərəfdən qızardın, alovu azaldın, 100 ml su əlavə edin və qapaqla bağlayın. 20 dəqiqədən sonra dadlı kotletlər hazırdır.

4. Qabaq, pomidor, gül kələm, bolqar bibərini yuyun və kubik şəkilində doöğrayın. Qabaqdan başlayaraq tərəvəzləri ardıcıl şəkildə yağlanmış və qızdırılmış tavaya düzün və 5-6 dəqiqə ərzində qılzardın. Tərəvəzləri xırçıldayanadək qızarda bilərsiniz və ya daha çox qızardaraq daha yumşalda bilərsiniz (öz zövqünüzə görə). Sonda bıçaq ilə əzilmiş sarımsaqı əlavə edərək tavanın altını söndürün.

5. İki hissəyə bölünmüş bulkanı kotlet tavasında qızdırın. Tərəvəzlərin qızardılması nəticəsində yaranan sousu bulkaların üzərinə əlavə edin. Kotleti bulkanın üzərinə yerləşdirin və digər hissəsi ilə üstünü örtün.

6. Burqeri boşqaba yerləşdirin və tərəvəzləri əlavə edin. Öz zövqünüzə görə göyərti ilə bəzəyin.

Nuş olsun!

Etiketlər: əlavə, yerləşdirin, farşa, qarışığı, digər, bilərsiniz, üzərinə, tavaya, tərəvəzləri, qızdırılmış, ədviyyatlar, yaxşı, xardal, kartof, yumurta, kotlet, zövqünüzə, kələm, pomidor, bolqar
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica