• Ətli bulqur plovu resepti

Reseptin məlumatları Baxış sayı: 91 467

Tarix : 26-11-2016, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Aş - Plov

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : Yox


Tərkibi:
500 q sümüksüz qoyun ya da mal əti
2 st bulğur
3 ədəd baş soğan
1 x.q pomidor məti
3 x.q əridilmiş kərə yağı
Zövqə görə duz
4 st su(1 st ət suyu + 3 st su)

Hazırlanması:
Əti yuyub təmizləyib duzlu suda bişiririk. Qaynamağa başlayanda kəfini yığırıq.
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.
Soğana yağ və duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.
Pomidor mətini əlavə edib 2-3 dəqiqə qovururuq.
Bişmiş əti suyundan çıxarıb qovrulmuş soğanın üstünə töküb 3-5 dəqiqə qovururuq.
Sonra yuyulub təmizlənmiş bulğuru ətin üstünə əlavə edib qarışdırırıq.
Ətin suyunu süzüb yeməyə əlavə edirik. Əgər ətin suyu 1 st olsa onda əlavə 3 st adi su tökürük. (Qaynadılmış) Ət suyu 1 st artıq olsa onda ona görə suyunu tökürük. Zövqə görə duzunu əlavə edib qarışdırırıq.
Vam odda yeməyi bişməyə qoyuruq.
Suyu çəkiləndə plovlarda olduğu kimi qazanın altına dəmir ya da hündür setka ya da tava qoyub tavanın üstünə qoyuruq.
30 dəqiqə dəm aldıqdan sonra yeməyimiz hazır olacaq.
Yeməyimiz hazır olduqda qabayığıb isti-isti süfrəyə veririk.

Nuş olsun!
Etiketlər: əlavə, üstünə, qovururuq, dəqiqə, hazır, tökürük, Zövqə, qarışdırırıq, qoyuruq, suyunu, sonra, duzunu, yeməyi, bişməyə, artıq, edirik, bulğuru, təmizlənmiş, süzüb, yeməyə
BİZİ İZLƏYİN