• Qaz ətli plinçik resepti

Reseptin məlumatları Baxış sayı: 136

Tarix : 29.04.2019, 12:00

Bölmə : Ət yeməkləri, Duzlu xəmir işləri, Qəlyanaltılar, Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Plinçik üçün:
1,5 stəkan süd,
2 yumurta sarısı,
Aldığı qədər un,
Yaş maya,
Duz,
kərə yağı

İçi üçün:
Bişmiş qaz əti,
1 baş soğan,
1 şirniyyat qaşığı tomat,
Qaz ətindən hazırlanan ət suyu,
Arzuya görə ədviyyat ,
Duz

Hazırlanması:
Yaş mayanı yarım çay stəkanı ilıq şəkərli suda açın.
Süd, yumurta sarısı, yaş maya, duz və aldığı qədər un əlavəsiylə çırparaq qarışdırın və qatılaşmış halda olan bir xəmir əldə edin.
Xəmiri soyuq olmayan bir yerdə mayalanmaya qoyun.
Arabir diqqət edərək qabaran xəmiri çırparaq yatışdırın.
Yapışmaz bir tavanın dibinə çox az kərə yağı əlavə edərək mayalı çıvıq xəmirdən bir çömçə alıb tavaya tökün.
Tavaya tökdüyünüz cıvıq xəmiri tavanın hər yerinə yayıb incəldin.
Üzəri göz- göz olan plinçik xəmirinin diğər üzünü də taxta bir spatula ilə zədələmədən çevirip eyni şəkildə göz -göz oluncaya qədər bişirin.
Plinçik xəmirlərinin üst hissələrini kərə yağ və ya margarinlə yağlayaraq bir siniyə üst- üstə alın.
Bir başqa qazanda qaz ətinə bir az maye yağ əlavə edərək ətlər yumuşalııncaya qədər qaynadın.
Qazanda olan köpükləri tez-tez təmizləyin.
Ət suyunu incə tel süzgəcdən süzüb bir başqa qazana alın.
İçərisinə bir parça istiot və duz əlavə edərək bir az qaynadı ət suyunuzu hazırlayın.
Qaz ətlərini əlinizlə didikləyib , çox iri olmayan lifli parçalar halına gətirin.
Kənarda soyumağa qoyun.
Bir tavada bir baş soğanı doğrayıb qızarana qədər qovurun.
Didiklədiyiniz qaz ətlərini də tavaya alıb soğanlarla bərabər bir neçə dəfə çevirin.
Tomatı, ədviyyatları və duzunu da əlavə edib ət suyundan da bir stəkan əlavə edin .
Tavadakı ətlər suyunu çəkənə qədər bişirib ocağı söndürün.
Plinçiklərdən bir az iri bir sini götürün.
Plinçiklərin qalınlığına görə iki-üç plinçiki üst-üstə siniyə yığın.
Sonra qaz ətini və iç malzəməsini plinçikin üzərinə yaxşıca yayın.
Üzərinə yenidən iki və ya üç qat plinçik əlavə edin.
Bu işləmi sinidən daşmayacağa qədər davam etdirin.
Hazırladığınız blinçikləri iti bir bıçaq yardımı ilə üçbucaq şəklində kəsin. Üzərinə qaynatdığınız qaz ətinin suyundan axıdıb sinini ocağa qoyun.
Bir az ocaqda sinini fırladaraq bişirin və ilındıqdan sonra isə servis edin.

Nuş olsun!
loading...

Etiketlər: qədər, əlavə, edərək, qoyun, olmayan, Plinçik, suyundan, ətlər, siniyə, çırparaq, plinçik, bişirin, başqa, sinini, sarısı, yumurta, stəkan, ətlərini, Üzərinə, tavanın
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN