• Almalı ördək filesi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 708

Tarix : 26.07.2020, 14:00

Bölmə : Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
1 ədəd ördək filesi
2 xörək qaşığı soya sousu
1 ədəd alma
zövqə görə təzə qırmızı mərcanı
1 çimdik duz
zövqə görə ədviyyatlar

Hazırlanması:
Ördək filesinin dəri hissəsinin üzərindən iti bir bıçaqla dərin kəsiklər atın.

Almalı ördək filesi resepti - FOTO RESEPT


Üzərinə zövqə görə ədviyyatlar səpin və soya sousu da əlavə edin.

Almalı ördək filesi resepti - FOTO RESEPT


Əllə filenin hər tərəfinə bulayın və yarım saatlıq kənarda saxlayın. Tez və yaxşı marinə olunması üçün arabir barmaqlarınızla fileni ovun.

Almalı ördək filesi resepti - FOTO RESEPT


Sobaya yerləşdirə biləcəyiniz qalın tavanı ocaqda yaxşıca qızdırın. Ördək filesini tavaya dərisi aşağıda qalacaq şəkildə yerləşdirin və 3 dəqiqə boş tavada bişirin. Zəif ocaqda çevirərək digər tərəfini də 3 dəqiqə bişirin.

Almalı ördək filesi resepti - FOTO RESEPT


Daha sonra tavanı fileylə birlikdə əvvəlcədən 200 dərəcə qızdırılmış sobaya yerləşdirin.

Almalı ördək filesi resepti - FOTO RESEPT


Bişən fileni boşqaba qoyun.

Almalı ördək filesi resepti - FOTO RESEPT


Sobadan çıxartdığınız isti tavaya alma dilimlərini düzüb 1 dəqiqə saxlayın.

Almalı ördək filesi resepti - FOTO RESEPT


1 dəqiqədən sonra almaları çevirin və üzərinə mərcanı əlavə edin.

Almalı ördək filesi resepti - FOTO RESEPT

Boşqaba dilimlənmiş ördək filesini, alma dilimləri və mərcanını düzün. Zövqə görə üzərinə balzamik sousu töküb göyərtiylə bəzəyin . Dadlı yeməyinizi süfrəyə verə bilərsiniz.

Nuş Olsun!
Etiketlər: ördək, filesi, ət, yeməkləri
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN