• Evdə hazırlanan lahmacun resepti

Reseptin məlumatları Baxış sayı: 428 870

Tarix : 1-06-2014, 17:00

Bölmə : Ət yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
250 qr un
1,5 su stəkanı su
1 çay qaşığı quru maya
1 çay qaşığı duz

İçlik üçün:
200 gr qıyma
2 ədəd pomidor
1 ədəd böyük soğan
2 ədəd yaşıl bibər
½ dəstə cəfəri
4 diş sarımsaq
1.5 çay qaşığı tomat

Hazırlanması:
İçliyi hazırlamaq üçün yaşıl bibər, pomidor, soğan, cəfəri və sarımsağı robotda çəkin; hazırladığınız qarışığı və tomatı qıymanın üzərinə əlavə edərək yoğurun.
Lahmacun xəmiri üçün unu ələyərək bir qaba tökün. Maya və duz əlavə edərək qarışdırın. İlıq suyun içinə zeytun yağı qoyun. Unun ortasını hovuz şəklində açaraq suyu bu açıqlığa tökün və yoğurun.Yumşaq bir xəmir əldə etdikdən sonra üzərini bağlayıb gözlədin. Xəmiri unlanmış unlanmış yerə qoyub parçalara bölün. Hər parçanı oxlov ilə çox incə olacaq şəkildə açın. Açdığınız xəmirin üzərinə içliyi bərabər şəkildə basdıraraq yayın. Sobanın qızartma hissəsini ən yüksək istilikdə açın. Tavanı istilədib lahmacunu içinə qoyun. Tavadaki lahmacunun altı yüngül qızarana qədər bişirin və sobanın qızartma hissəsinə qoyun. Kənarları yüngül qızarınca çıxardaraq ikiyə qatlayın. İsti olaraq servise təqdim edin.

Nuş olsun!
Etiketlər: qaşığı, qoyun, yoğurun, edərək, üzərinə, tökün, içinə, şəkildə, qızartma, yüngül, unlanmış, əlavə, bibər, yaşıl, pomidor, cəfəri, soğan, yayın, basdıraraq, bərabər
BİZİ İZLƏYİN