• Çili şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 7864

Tarix : 16.11.2014, 19:00

Bölmə : Ət yeməkləri, Şorbalar

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
400 q qiymə
600 q lobya
2 pomidor
1 ədəd bolqar bibəri
1-2 ədəd çili istiotu
2-3 ədəd soğan
5-6 diş sarımsaq
400 ml ət suyu (bulyon)
2-3 x.q. tomat pastası
1 ç.q. üyüdülmiş zirə və razyana
sürtgəcdən keçirilmiş pendir - zövqə görə

Hazırlanması:
Soğanı, bibəri və çili istiotunu doğrayın. Lobyanı qaynadın, aşsüzənə töküb suyunu süzün. Pomidorların üstünə qaynar su töküb 1 dəqiqə saxlayın, qabığını soyun. Soğan, bibər və sarımsağı qızardın. Bunlar hazır olana yaxın çili istiotunu əlavə edin.
Qiyməni 3-5 dəqiqə, qarışdıra-qarışdıra qovurun. Hazır olana yaxın cirə və razyana əlavə edin.

Bir az iri qazana həm qiyməni, həm də qızartdığınız tərəvəzləri qoyun, kubik doğranmış pomidorları, tomat pastası və ət suyunu əlavə edin. Qarışdırıb ocağın üstünə qoyun, qaynara düşəndən sonra ocağı çox azaldın, vam odda 25-30 dəqiqə bişirin. Sonra bişmiş lobyanı əlavə edib daha 5 dəqiqə bişirin.
Süfrəyə verərkən boşqabın dibinə sürtgəcdən keçirilmiş pendir səpin, sonra isə şorbanı tökün. Yanında üzərinə yağ çəkilərək sürtgəcdən keçirilmiş sarımsaq səpilmiş ağ çörək dilimləri verə bilərsiniz.

Nuş olsun!

Etiketlər: əlavə, dəqiqə, keçirilmiş, sürtgəcdən, istiotunu, qarışdıra, qoyun, sonra, töküb, üstünə, bişirin, suyunu, razyana, pendir, sarımsaq, olana, yaxın, pastası, bibəri, tomat
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica