• Qara gavalı şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 13 681

Tarix : 21-11-2014, 22:00

Bölmə : Ət yeməkləri / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 q bişmiş mal əti
2 kartof
40 q mərcimək
20 q qoz
1 baş soğan
5 qara gavalı
1 x.q. əridilmiş kərə yağı
1 ç.q. un
4 st. bulyon
şüyüd
qara istiot
duz

Hazırlanması:
İki saat müddətində isladılmış mərciməyi bulyonda yumşalıncayadək bişirin. Kubik kimi doğranmış kartofu, yağda qızardılmış soğanı, unu, qara gavalını, qovrulmuş və xırdalanmış qozu əlavə edib, duz vurub hazır olanadək bişirin. Süfrəyə verərkən hər boşqaba ət tikələri qoyaraq şorbanın üzərinə xırda doğranmış şüyüd və qara istiot səpin.

Nuş olsun!
Etiketlər: şüyüd, bişirin, doğranmış, istiot, olanadək, hazır, vurub, əlavə, gavalını, qovrulmuş, xırdalanmış, Süfrəyə, boşqaba, xırda, səpin, olsun, üzərinə, şorbanın, soğanı, tikələri
BİZİ İZLƏYİN