• Omletli toyuq ruleti resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 462

Tarix : 28-04-2015, 15:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
omlet:
3 yumurta
100 q istənilən bərk pendir
100 q mayonez
1 x.q. mannı

iç:
300-350 q toyuq qiyməsi
2 iri soğan
duz
istiot

Hazırlanması:
Yumurta, mayonez, sürtgəcdən keçirilmiş pendir və mannını eynicinsli kütlə alınanadək qarışdırın. Mannının şişməsi üçün bir qədər saxlayın. Bu müddətdə iç hazırlayın.
Ətlə soğanın mütənasibliyini özünüz seçin. Orijinalda 500 q ətə 7 ortaboy soğan götürülüb.
Soğanı xırdalayıb şəffaf olana qədər bitki yağında qovurun.
Sonra blenderdə xırdalayın. Qiyməyə qatın, duz, istiot əlavə edib qarışdırın.
Siniyə perqament döşəyib bitki yağı ilə yağlayın.
Xəmiri tökün. 180 dərəcə qızdırılmış sobada azacıq qızaranadək (qızılı rəng alanadək) bişirin.
Kağızdan çıxarın. İç döşəyib rulet kimi bükün.
Ruletin üzərinə folqa çəkin
180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
Folqada da soyudun ki, ayrılan bütün şirəni rulet yenidən hopdursun.
Fal-fal doğrayın.
Süfrəyə həm isti, həm soyuq halda verə bilərsiniz.

Omletli toyuq ruleti resepti - FOTO RESEPT

Omletli toyuq ruleti resepti - FOTO RESEPT

Omletli toyuq ruleti resepti - FOTO RESEPT

Omletli toyuq ruleti resepti - FOTO RESEPT

Omletli toyuq ruleti resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qızdırılmış, bitki, istiot, sobada, qarışdırın, rulet, qədər, bişirin, soğan, dərəcə, döşəyib, pendir, mayonez, Kağızdan, perqament, Siniyə, çıxarın, alanadək, qızılı, bükün
BİZİ İZLƏYİN