• Ətli oladilər resepti

Reseptin məlumatları Baxış sayı: 17 670

Tarix : 10-05-2015, 19:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 10-12


Tərkibi:
2 st. qatıq
4 yumurta
0.5 x.q. soda
1 x.q. duz
1 x.q. şəkər tozu
2.5 st. un
600 q qiymə
1 iri baş soğan (təxminən 200 q)
bitki yağı

Hazırlanması:
Soğanı xırda doğrayın. Bitki yağında qızılı rəng alanadək qovurun.
Artıq yağı süzün. Soğanı qiyməyə əlavə edin, duz, istiot vurun.
Qazanda qatıq, duz, şəkər tozu, sirkədə söndürülmüş sodanı qarışdırın. Yumurtaları ayrıca çalıb buraya əlavə edin.
Ələnmiş unu az-az əlavə edin.
Tavada bitki yağını qızdırın. Bir xörək qaşığı xəmir töküb yayın, dərhal üzərinə qiymə qoyun, bir az üstündən basın, sonra üzərinə bir xörək qaşığı xəmir tökün.
Bir tərəfi qızarandan sonra çevirib o biri üzünü də bişirin (diqqətli olun, yanmasın, tez bişir).

Nuş olsun!
Etiketlər: oladileri, əlavə, qaşığı, Soğanı, xəmir, üzərinə, sonra, bitki, xörək, şəkər, qatıq, qiymə, Tavada, dərhal, töküb, qızdırın, yağını, qoyun, yayın, tökün, diqqətli
BİZİ İZLƏYİN